Müəllim bir dünyadır


Dünyada yer üzündə üç müqəddəs şey var, ana, vətən bir də müəllim. Bunların hər biri bir başqa dünyadır, o dünya ki, hər kəsin bu dünyada öz payı var. Vətən payı, ana payı, müəllim payı. Vətən sənin doğulduğun torpaq, ana isə səni min bir əziyyətlə dünyaya gətirən qadın. Hər birinin də, öz günü, öz bayramı var. Bu gün sizə, insan üçün dəyərli olan bu üçdən biri, müəllimdən söhbət açmaq istəyirəm.
Sizə təqdim etmək istədiyim bu ziyalı xanım, bu dəyərli şəxsiyyət Taliyə Yunusovna Ələkpərovadır. 1956-ci ilin yanvarında, bayram abuhavalı bir gündə yanvarın 14-də Dağıstanın ən gözəl və dağ vüqarı olan qədim Dərbənd şəhərində, vaxtıylə Taqanruqda tanınan hüquqşunas Yunus bəyin ailəsində dünyaya göz açıb.
1972-ci ildə, Dərbənd şəhəri 4 nömrəli orta təhsil məktəbini bitirir. Məktəbi bitirdikdən sonra həmin il Dağıstan Dövlət Pedagoji institutunun, xarici dillər fakultəsinin fransız-alman bölməsinə daxil olur. 1977-ci ildə, oranı əla qiymətlərlə bitirir və Dərbənd şəhəri 16 nömrəli orta təhsil məktəbinə, fransız dili müəllimi vəzifəsinə başlayır.
16 nömrəli məktəb sanki öz mələyini qəbul etmişdi, onun saf və ləyaqətli işinə görə bu məktəbin başı daha da uca olur. Onun şagirdləri həm respublika, həm də şəhər üzrə keçirilən yarışlarda, müsabiqələrdə fransız dili üzrə dəfələrlə yüksək yerlər tutuf, yüksək mükafatlar qazanır. Bu da demək olar ki, Taliyə müəllimənin işində, onun üçün cavabdehliyi bir az da artırır. O öz kşində pəşəkarcasına, layiqincə çalışır. Taliyə müəllimə bütün məktəb kollektivi arasında, özünə xüsusi yer qazana bilib.
Taliyə Yunusovna Ələkpərova özü də, bir çox mükafatlarla, «fəxri fərman»larla, «diplom»larla təltif olunub. Layiqli işi, ləyaqətli davranışı, əvəzsiz bacarığına görə onu, məktəbin idarəetmə heyati tərəfindən Dərbənd şəhər şurasının DMSSRinin xalq deputatı seçilir. Məktəblərdə fransız dillərinin ləğvi ilə əlaqəldar, İncəsənət musiqi müəllimi ixtisasını seçir. Və həmin ildən, onun şagirdləri musiqi üzrə də həm respublika həm də şəhər üzrə müsabiqələrdə yüksək yerlərə layiq görülür və mükafatlar qazanırlar. Bir sözlə Taliyə Yunusovna, hər hansı bir ixtisasa yiyələnirsə yiyələnsin, o öz kşində pəşəkarlığını göstərə bilir. Çünki o, bu sənəsə öz arzusi, istəyi ilə gəlib. O deyir ki, «İnsan çalışdığı işi sevməlidir, əyər insan işinə yalnız pul qazanmaq gözü ilə baxarsa, bundan ilk zərər çəkən də özü olar. İstər müəllim, istər alim, istər həkim, istərsə də hər hansı bir iş. Gərəkdir ki, ona da öz evin gözündə baxasan. Mən müəlliməm, mənim üçün bütün uşaqlar, mənim öz övladlarım kimidir. Başqa cür ola da bilməz, çünki mən də anayam. Necə ki, mən istəmişəm mənim övladıma mehriban davransınlar. Hər hansı bir ana da, bunu belə istəyir».
Əvəzsiz əməyinə, yorulmadan çalşşdığına, gördüyü hər bir işi, layiqincə gördüyünə, ən əsası da, uşaqlara oxuduqları ixtisası sevdirərək yiyələndirdiyinə görə. «Dərbənd şəhər» şəhər dairəsinin başçısı M. Bagliyev Taliyə Yunusovnanı «Fəxri fərman»la təltif edir.
1977-ci ildən, ta bu günə kimi. Yorulmaq bilmədən, Dərbənd şəhəri 16 saylı orta təhsil məktəbində çalışır. Nə az nə çox, düz 44 il eyni bir yerdə can qoyan. Öz sənətinin pəşəkarı, hər kəsin sevimlisi Taliyə Yunusovna Ələkpərovanı müəllim günü münasibətilə ürəkdən təbrik edirik. Ona bu çətin və müqəddəs peşəsində yorulmadan çalışmağı, səbr və müvəffəqiyyətlər arzulayırıq.
M. Seyidov