Dağıstan- Azərbaycan əlaqələrini qədim tarixi vardır. Bu təbiidir çünki Dağıstan xalqlarının bir hissəsi- avar, ləzgilər, Saxurlar, Azərbaycanda, azərbaycanlıların Dağıstanın bir necə rayon və şəhərlərində yaşayırlar. Belə bir şəraitdə iki Respublika arasında münasibətlər kimin istəyilə deyil tarixin hökmü ilə yaranmış və uğurla davam edir. Doğrudur Sovetlər dövründə iki Respublika arasında dostluq və əməkdaşlıq münasibətləri yeni səviyyədə qurulması və inkişaf etməsi başlanmışdır. Məlumdur ki, millətlərarası mehriban qonşuluq münasibətlərinin formalaşdırılması sovet ideologiyasının əsasını təşkil etmişdir. Bu istiqamətdə partiya və dövlət orqanları yəni formalar axtararaq bütün imkanlardan səmərəli istifadə etmişlər.
İdeoloji cəbhədə partiya və dövlət strukturları ilə yanaşı elm, təhsil, mədəniyyət təşkilatları səfərbər olmuşdular. Dağıstan- Azərbaycan əlaqələrinin 40-50-ci illərdə genişlənməsində xalq şairi Səməd Vurğunun cavan Dağıstan şairi Rəsul Həmzətova göstərdiyi atalıq qayğısı mühüm rol oynamışdır. Tarixdən məlumdur ki, Rəsul Həmzətovun iki dəfə Stalin mükafatına layiq görülməsində Səməd Vurğun mühüm rol oynamışdır. Gizli deyildir ki, Rəsul Həmzətov ən parlaq şerini Səməd Vurğun ölümünə həsr etmişdir.
Dostuma şeirində deyilir:
Neçə nəğmə qoşum, necə deyim dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim gözümün yaşını silə bilmirəm.
Bundan gözəl nə demək olar?
Hacıkərim Şamlı
Dərbənd qəzetinin ekspert klubunun üzvü.