Dərbənd Muzey-Qoruğu üçün “Muzeylər Gecəsi 2024” tədbirinin əlamətdar hadisəsi “VIII əsrin Qədim Şərq kişi hamamı” və “XVII əsrin qədim şərq qadın hamamı” memarlıq abidələrinin açılışı olub.
Tədbir çərçivəsində “Qədim Dərbəndin həyatı və mədəniyyəti ” Muzeyinin ərazisində şəhərimizin qonaqlarının iştirak etdiyi ənənəvi “Xına gecəsi” mərasimi nümayiş etdirilmiş, muzey əməkdaşları tərəfindən şəkərburada kənarlarının bükülüşü və üzərinin naxışı göstərilmlş, həmçinin xına naxışlarının vurulması nümayiş etdirilmişdir.
“Qədim Şərq kişi hamamı”nın yerində sənətkarların yarmarkası keçirildi, burada Kaspiysk Ənənəvi Mədəniyyət Mərkəzinin sənətkarları, “Qaytağı” Ənənəvi Mədəniyyət Mərkəzinin Qaytaq tikmə sənəti ustaları, orta ixtisas təhsili müəssisələrinin müəllim-rəssamları iştirak edirdilər. 8, 12, 19, 15 və 21 nömrəli məktəblər öz bacarıqlarını bölüşdülər.
“Qədim Şərq kişi hamamı”nın divarları arasında Dərbənd rayonunun mədəniyyət işçilərinin ifasında aşıq musiqisi səslənib. Muzeydə mədəni proqramın kulminasiya nöqtəsi çoxlu sayda pərəstişkar və qonaqların marağına səbəb olan “Muğam axşamı” və xalq musiqisi olmuşdur.
“Qədim Dərbəndin həyatı və mədəniyyəti ” Muzeyinin kollektivi Azərbaycan Dövlət Dram Teatrına, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçiləri Əlimovsüm Abbasov və Sevda Bəybalayevaya, aktrisalar Zeynəb Dərbəndli və Samvella Fətəliyevaya, Dərbəndin rayon mədəniyyət işçiləri Xıdır Xeyirbəyov və Yarəli Əliyarova, Dərbənd şəhər Mədəniyyət, Gənclər Siyasəti və İdman Şöbəsi və “Dərbənd” Bələdiyyə Mahnı və Rəqs Ansamblı kollektivlərinə minnətdarlığını bildirir.