Bütün valideynlərin arzusudur ki, övladı üçün allı-şallı, bəzəkli, xonçalı toy etsin. Bu iki il ərzundə, valideynlər sanki, bu sevincdən məhrum idilər. «COVİD-19» baş bəlası, hər kəsin sevincini əlindən almışdı.
Artıq xəstəlik azaldığına görə, toy zalları, restoranlar açılıb. Bu da o deməkdir ki, artıq insanlar öz övladlarına arxayın toy edə biləcəklər. Bunu da qeyd edək ki, ehtiyat igidin yaraşığıdır. Xəstəlik hələ tam bitməyib, ona görə də, nə olur olsun, qaydalara riayət etməlidir. Hələ ki, xəstəlkklə mübarizə davam edir, yəni tam bitməsi üçün. Bizlər buna əməl etməliyik ki, bu bəladan tam bitsin. Allah özü bizlərə yar olsun, bizləri hər od, alovdan qorusun.
M. Seyidov