Nəzarət gücləndirilməlidir


Son illərdə Dağıstan Respublikası RF subyektləri arasında bir sıra sahələr üzrə liderdir.
Bu onu göstərir ki, respublikamızın sosial iqtisadi inkişafı böyük potensiala malikdir. Ona görədə ölkə prezidenti və hökuməti tərəfindən Dağıstana diqqət ildən ilə artır. Kənd təsərrüfatı və xüsusilə üzümçülük və heyvandarlıq, loqistika və turizm kimi sahələrə bu gün dövlət dəstəyi dəfələrlə artırmalıdır. Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi, dünyanın ən qədim şəhərlərindən biri olan Dərbənd şəhəri bütünlükdə Respublikasının sosial iqtisadi inkişafına böyük təkan verəcəkdir. Son 20 il ərzində ölkə Prezidentinin bir necə dəfə Dərbənddə olması buna sübutdur. Onun Dərbənd şəhərinin yaşının 5 min il hesab olunması və bundan ötrü digər tarixə və dövrə müraciət edilməsinə dair göstərişi kimi qəbul edilməlidir. Bundan sonra RF hökumətinin Dərbəndin inkişafına 5 milyard rubl ayırması hamını sevindirməyə bilməz. Ayrılmış vəsaitlərin vaxtında və məqsədə uyğun nəzarət gücləndirilməlidir. Yoxsa hər dəfə şəhər üçün ayrılan vəsaitlərin mənimsənilməsi sual altında qalır. 2000 min illik yubileyiləydən sonra ayrılan vəsaitlərin istifadəsinin hesabatı dinlənlənməli və burada ictimaiyyətin iştirakı olduqca vacibdir. İndiyə kimi təmizləmə qurğuları Narın qalaya kanat yolu, şəhərin əksər küçələrinin və mikrorayonlarının abadlaşdırılması «əsrin tikintisinə» çevrilmişdir. Nə vaxta kimi səhər sakinləri komfortlu şəraitlər arzusunda yaşayacaqlar.
Yəhya Hacıyev, təcrübəli sahibkar və ictimai xadim.