İyulun 8-də Dağıstan Respublikasının Ədliyyə Naziri Xanlar Paşabəyov Tabasaran rayonuna işgüzar səfərə gəlib. Səfərdə məqsəd rayon məktəblərində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olmaq olub.
Tabasaran rayonuna təhkim (kurator) olunan Xanlar Paşabəyovun işgüzar səfəri Respublika hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun tapşırığı ilə,yəni kuratorun məqsəd və funksiyalarının yerinə yetirilməsi çərçivəsində baş tutub.
Səfərdə onu rayon Deputatlar Məclisinin sədri İsa İsayev, rayon icra başçısının müavini Zaur Musayev, sifarişçi və podratçıların nümayəndələri müşayiət ediblər.
Qeyd olunur ki, hazırda rayonun 6 təhsil müəssisəsində “Təhsilin inkişafı” Federal layihəsi çərçivəsində əsaslı təmir işləri aparılır. Bunlar №1 və №2 nömrəli Yağdıq ümumtəhsil orta məktəbi, Novolidjen ümumtəhsil orta məktəbi, Uşniq ümumtəhsil orta məktəbi, Xalaq ümumtəhsil orta məktəbi və Turaq ümumtəhsil orta məktəbləridir.
Bütün məktəblərdə təmir işləri avqustun əvvəlinə kimi başa çatdırılmalıdır və hazırda, deyildiyi kimi, təmir işləri finiş xəttindədir. Məsələn, Yağdıq №1 saylı ümumtəhsil orta məktəbində artıq pəncərə-qapılar dəyişdirilib, binanın fasadı üzlənib, hazırda naqillər çəkilir, istilik radiatorları quraşdırılır, yaxın vaxtlarda laminat da döşənməlidir. Yüksək hazırlıq işləri Yağdıq № 2 saylıümumtəhsil orta məktəbində də var, burada təkcə işıqlandırma işləri və nəzarət sisteminin quraşdırılması qalır.
Bu il 75 illik yubileyini qeyd edən Uşniq ümumtəhsil orta məktəbi də təmirin öhdəsindən bacarıqla gəlir. İnşaatçıların sözlərinə görə, həm daxili, həm də xaricdən tam təmir olunan məktəb avqust ayında müəllim və şagirdləri layiqincə qarşılaya biləcək.
Tabasaran rayonuna təhkim (curator) olunmuş respublikanın Ədliyyə Naziri Xanlar Paşabəyovun səfərinin yekunlarına əsasən, respublika rəhbərliyi rayon məktəblərində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olacaq.
Materialı hazırladı: Q.Ömərov
Ruscadan çevirəni:Mirhəmidova S.V