NİYƏ GÖRƏ BİZ ENERJİ İTİRİRİK?

Səhərlər tez-tezmi özünüzü gümrah hiss edirsiniz? Olurmu ki, bütün gecəni -8 saat səhərə kimi yatırsınız, amma buna baxmayaraq yenə özünüzü gücsüz və həvəssiz hiss edirsiniz? Bir çox mütəxəssislərin fikrincə biz sizinlə texnoloji əsrdə yaşayırıq. Bizə ərzag əldə etmək üçün gərgin zəhmət çəkmək lazım deyil-sadəcə yaxındakı mağazaya getmək kifayətdir. Bizim yerimizə paltarları paltaryuyan maşınlar yuyur, “multivarka”lar yemək hazırlayır, avtomobillərdə gəzirik, lazım olan məlumatları isə internetdən alırıq. Texnoloji proses bizi o dərəcədə məngirləyib ki, biz özümüzü, gəlbimizin səsini eşitməyi, bədənimizi və şüurumuzu başa düşməyi dayandırmışıq. Biz hətta vicudumuzun enerjisini vampir kimi udan və bizi xroniki yorğunluğa gətirib çıxaran bu mənbələri də görmürük.
Özünüz üçün qarşınıza bir neçə qayda qoyun və o zaman bədəninizdəki keyfiyyət dəyişikliklikləri ilə təəccüblənəcəksiniz.
Televiziya, sosial şəbəkələr — bütün bunlar bilik mənbələridir. Amma özünümüdafiəyə, özünü tənqid etməyə, paxıllığa və daima fərqlənməyə meyilli olsanız, onda hiss etdiyiniz məlumatlara bir filtr qurmağa öyrənməlisiniz. Axı, hər zaman eşitdiyin mənfi informasiyalar, həyatını digər uğurlu insanların həyatı ilə müqayisə etmək sənin öz xeyirinə deyil, mənəvi gücün, əhval-ruhiyyənin itirilməsinə gətirib çıxarır. Alınan məlumatlara şüurlu münasibət bu problemdə bir çıxışdır. Özünüz üçün şəxsi sərhədləri quraşdırın. Bu zaman şəxsi sərhədlər sizi gərginləşdirən insanlara icazə verməməyiniz üçün bir növ xüsusiyyətdir. Əks təqdirdə bu cür qeyri-xarici enerjinin itkisinə səbəb olan sərtlik, narahatlıq yaşayacaqsınız. Biz “Uşaqların xətrinə dözürəm”, “Mənim xoşbəxtliyim vacib deyil, bunu onun üçün edirəm” ifadələrini tez-tez eşidir və hətta özümüz də işlədirik. Lakin təəssüflər olsun ki, bu cür düşüncə, şüur və quraşdırma istiqaməti bizim enerjimiz üçün dağıdıcı bir rol oynayır.
Siz daima özünüzün bəyənmədiyi, xoşunuza gəlməyən işi yerinə yetirir və ya buna özünüzü məcbur edirsiniz. Bəzən buna o qədər alışırsız ki, “sizin olmayan” iş “sizin olur” və bu hal güc və enerji itkisinə baxmayaraq dayanmır. Bəzən biz hətta sonuncu dəfə yüksək keyfiyyətlə dincəldiyimizi də xatırlaya bilmirik. Bu bizim sivilizasiyamısın “biç”idir. Biz pul qazanmaq üçün vaxt tapmamaqdan, planı yerinə yetirə və karyera pillələrini qalxa bilməyəcəyimizdən qorxuruq. Lakin dərk eləmək lazımdır ki, heç bir bədən, heç bir psixika əbədi işləyə bilməz. Yüksək keyfiyyətli istirahət- itirilmiş enerjinin keyfiyyətlə formada doldurulmasıdır. Amma bizim əksəriyyətimiz bu haqda gec öyrənirik. Özünüzü sevin, özünüzü tənqid etməyin, özünüzə təcavüz göstərməyin, özünüzü olduğunuz kimi-müsbət və mənfi cəhətlərinizlə, çatışmamazlıqlar və üstünlüklərinizlə qəbul edin. Öz bədəninizdən, şüur və ağlınızdan zövq alın. Bədəninizi fiziki cəhətdən möhkəmləndirin. Məhz bu zaman siz özünüzdən mənəvi həzz alacaqsınız. Mənəvi və fiziki- bunlar sizin bir-birinə qırılmaz tellərlə bağlanmış hissələrinizdir.
G.Babayeva