Niyə hamı qorxur


Koronavirusa qarşı vaksin vurmaqdan, bir çoxları imtina edir. Bir çoxları da iş yerlərini itirməməkçün, pul verib saxta sertifikatlar alaraq özlərini aldadırlar.
Vaksin edənlər və etməyənlərin, bir arada çalışması bir az da vəziyyəti çətinləşdirib. Vaksin vurub özünün sağlamlığını qoruyan şəxslər, vaksinin saxta sertifikatını alanların qurbanı olurlar. Çünki onlar vaksini vurmayıb, vuranları da yenidən bu xəstəliyə yuluxdururlar.
Belə bir vəziyyətdə, insanın içində bir sual yaranıb. «Ey insan, bu vəziyyətdə sən kimi aldadırsan»? Axı sənin sağlamlığını o saxta kağız qoruya bilməz,n azından özünq düşünmürsənsə doğmalarını və ətrafınızı düşünün. Yalan kağızın nəyi sizi qoruyacaq? Heç olmasa ailənizi düşünün.
Bu saxta kağızları satan (həkimlər) görəsən, o pulu alıb insan sağlamlığı ilə alver edərkən nəyi düşünürlər? Məncə hamı bu etdikləri xətanın, yalnış olduğunu dərindən düşünməlidirlər.
Gəlin tək özümüzü aldadaraq, doğmalarımıza və ətrafımıza ziyan verməkdən vaz keçib. Gələcək nəslin, sağlamlığını təhlükəyə atmayaq. Siz yalan sertifikatla, yalnız özünüzü deyil, bir çox insanların da həyatına son qoya bilərsiniz. Bunu bir az, dərindən düşünün. Hər kəsə sağlam ömür arzulayırıq.
M. Sryidov