Keçәn әsrin 90-cı vә indiki 21-ci әsrin әvvәllәrindә respublikamız hәrbi әmәliyyatlar meydanı idi:Şәhәrlәrimizin küçәlәrindә gecә, hәtta günün ortasında bizi artıq heyrәtlәndirmәyәn silah partlayışları vә qumbaratanlardan atışları eşidirdik.
«Meşә qardaşları»-nın polis postlarına vә hәrbi postlara hücüm etmәsi adi hala çevrilmişdi, kütlәvi informasiya vasitәlәri müntәzәm olaraq hәlak olan hüqüq-mühafizә orqanları vә hәrbi qulluqçuları haqqında mәlumat verirdi, әn gәnc vә enerjili gәnclәr hәlak olurdular. Keçәn әsrin sonunda qonşu Çeçenistan әsl terror vә ekstremizmin yuvasına çevrildi. Beynәlxalq terror tәşkilatlarının rәhbәrlik etdiyi, sәxavәtlә maliyyәlәşdirdiyi silahlı birlәşmәlәr Çeçenistan vә Dağıstanda vәtәndaşlarımızın qәlblәrinә qorxu vә dәhşәt sәpirdilәr: partlayışlar, qәtllәr, Çeçenistan әrazisindәn keçәn qatarlara hücüm, insan oğurluğu, maşın oğurluğu -vә belә görünürdüki bunun sonu olmayacaq. Terrorun mәqsәdi bәlli idi-Dağıstanı Rusiyadan qoparmaq vә Çeçenistanla birlikdә onu Rusiya Federasiyasının әrazi bütövlüyünә qarşı gәlәcәk hәrәkәtlәrin qalasına çevirmәk.
Bu, 1999-cu ilin avqustunda Şamil Basayev vә Xәttabın başçılıq etdiyi Içkeriya Respublikasının qondarma silahlı birlәşmәlәrinin respublikamızın әrazisini әlә keçirdiyi zaman açıq şәkildә nümayiş etdirildi. O zaman müharibә başlayanda ilk olaraq separatçılarla bağlı prinsipial vә barışmaz mövqeyi Rusiya hökümәtinә yeni tәyin olunmuş gәnc vә enerjili Vladimir Putin tәrәfindәn nümayiş etdirildi. Onun üçün yeni bir nәslin siyasәtçisi olaraq terrorizm vә separatizm ideologiyasının Dağıstanda sadә insanların qәlbindә cavab tapmadığı aydın vә başa düşülәn idi, çünki hәr şeydәn әvvәl yuxarıdan bir işarә olmadan respublikalarını müdafiә etmәk, әslindә bütün Rusiyanın әrazi bütövlüyünü tәcavüzlәrdәn qorumaq üçün ayağa qalxan adi , siravi dağıstanlılar idi. O günlәrdә Vladimir Putinә aydın idi ki, bu kiçik müharibәdә әsas qәlәbә mәnbәyi sadә xalq qәdәr rusiya ordusu olmayacaq: camaat separatçıları dәstәklәsәydi ordu nә qәdәr güclü silahlansa belә gücsüz olacaqdı. Lakin xalq ilk günlәrdәn separatizmә vә terrora yox dedi. Vladimir Putin bu hadisәlәrdәn 20 il sonra Botlixi ziyarәt etdiyi zaman söylәdi: «Anladımki, insanlar Vәtәnlәrini qorumaq naminә әn böyük fәdakarlıqları etmәyә hazırdır. Bu mәnim üçün çox vacib idi. O andan etibarәn mәnә mәlum oldu ki, biz mәğlubedilmәzik, heç bir terrorçu bizi ala bilmәz vә heç bir şansıda yoxdur.»
20-ci әsrin sonunda Dağıstan әrazisindә, daha sonra Çeçenistanın özündә terrorçular mәğlub edildilәr, 2006-ci ildә isә Basayevin özüdә mәhv edildi. Ancaq beynәlxalq terror tәşkilatlarının Rusiya әrazisindә mәğlub olunması vә qovulması ilә Dağıstanda vәziyyәt hәlә dә idealdan uzaq idi. Davam edәn terror hücumları, nazirlәrin (M.Qusayev, A.Maqomedmahirov, Z.Aruxov) , tanınmış jurnalistlәrin (A.Axmednabiyevin, X.Kamalov vә digәrlәri) vә ictimai xadimlәrin sui-qәsdlәri Dağıstanda mafiya qrupları arasında baş verәn münaqişәlәrin nәticәlәri idi. Cinayәtkarlar iddialı planlarıni hәll etmәk üçün peşәkar qatillәrdәn istifadә edirdilәr, «Meşә qardaşlari» ni pulla tәmin edirdilәr, nәticәdә biz yenidәn xaos vә qorxu vәziyyәtinә düşdük. Bu düşmәn görünmәz olduğu üçün Basayevdәn daha tәhlükәli idi. Әgәr 1999-cu ildә biz düşmәnlә üz-üzә dayanıb, süngәr qazıb, döyüşçülәri hәdәf alırdıqsa 20-ci әsrin ilk onilliyindә ortaya çıxan cinayәt müharibәlәrindә sadә xalq heç bir tәdbir görmәk gücündә deyildilәr- işin öhdәsindәn yalnız federal mәrkәz gәlә bilәrdi. Vә o bunun öhdәsindәn gәldi. Güc strukturlarına nüfüz edәn әn iyrәnc cinayәtkarlar hәbs olunaraq barmaqlıqlar arxasına göndәrildi, bir sıra qruplaşmalar «meşә qardaşları», xüsusәndә Rappani Xәlilovun «Dәrbәnd camaatı», Vaqabov qardaşlarının Gubden qruplaşması vә başqaları lәğv edildi.
Eyni zamanda korrupsiyaya qarşı mübarizә aparılırdi vә » Fәrdi vәtәndaşlara sosial dәstәk tәdbirlәrinin hazırlanması», «Ailәlәrә vә uşaqlara sosial dәstәyin yaxşılaşdırılması»,»»Әhaliyә sosial xidmәtlәrin modernlәşdirilmәsi vә inkişafı», «Sosial yönlü qeyri-kommersiya tәşkilatlarına dövlәt dәstәyinin sәmәrәliliyinin artırılması» vә s. kimi sosial proqramlar qәbul edildi vә hәyata keçirildi.
Bu tәdbirlәr ümumilikdә respublikamızda sülh vә әmin-amanlıqla nәticәlәnәn müsbәt nәticә verdi. Hazırda bizim birbaşa mәsuliyyәtimiz respublikamızda, cәmiyyәtimizdә qanuna vә qanunun aliliyinә riayәt etmәk üçün mübarizә aparmaqdır-vә bu uzun müddәt әziyyәt çәkdiyimiz torpaqda yeni terrorizm vә ekstremizim tәzahürlәrinә qarşı yeganә qarantdır.