Noutbuk , kompüter, planşet vә mobil telefon kimi cihazların elecә dә kompüter oyunları kimi әylәncәlәrin, kinoteatrlar vә «qüdrәtli» mәhdudiyyәtsiz internetin hәyatımıza gәlmәsi ilә әhalinin oxucu sayı demәk olar ki 2 dәfә azalıb Rusiya әn çox oxuyan ölkә titulunu itirdi. Vә oxşar vәziyyәtin bir sәbәbi var. Ilk növbәdә bu gün әrzindә alınan mәlumatların kәskin artmasıdır.
Beyin sadәcә yorulur vә o artıq әlavә әdәbiyyata ehtiyac duymur. Bundan әlavә mәlumatın kağız versiyası ilә film arasında seçim edilmәli olsa , tәb8i ki, insan ikinci variantı seçәcәkdir. Oda nәzәrә alınır ki ekranda şәkillәrә baxdığı zaman insan beyni hәrәkәtsiz vәziyyәtdә olur, ancaq kitab oxuyarkәn tәxәyyul vә düşüncә işә düşūr.
Әgәr xatırlasaq müasir dövr insanının demәk olarki hәr bir nümayәndәsi diqqәt çatışmamazlığından әziyyәt çәkir, ona görә dә 300 sәhifәni oxumağa cәmlәnә bilmirem.
Oxuyan gәnclәrin qalan kiçik faizi çox tәәssüffki yüngül , tez unudulan әsәrlәri oxuyurlar. Mәktәb klassiklәri mәktәblilәr tәrәfindәn qәbul edilmir vә hәtta oxunulsa belә tәhlil olunmur vә yaddaşda qalmır.
Bәzi müәllimlәr hesab edirlәrki mәktәb proqramina elmi fantastika, kiberpank kimi janrları daxil etmәk lazımdır ki, heç olmasa bu yolla gәnclәr oxumaya cәlb olunsun.
Çox sevindirici ki, bәzi Dağıstan müәlliflәrinin kitabları internetdә әl çatan oldu.
«Gәnclәri oxumağa necә cәlb etmәk olar» barәsindә ictimai rәy sorğusu problemin hәll üçün bir çox fәrqli variant verdi. Kimsә kanalları daha asan oxunan mәlumatlarla mәhdudlaşdırmağa vә ya kitabın ŭz qabığını daha rәngarәng vә cәlb edici etmәyi tәklif etdi. Kimsә hesab edirki, mәktәbәqәdәr yaşdan oxumaq, daha böyük yaşda oxumağa olan ehtiyacı artırır Vә kimsә hesab edirki, oxumağa hәr kәs özü gәlmәlidi. Xoşbәxtlikdәn çoxları kağız formatından elektron oxu formatına keçir. Bәli vә internetdә müxtәlif janrlara vә yeniliklәrә malik bir elektron kitabxana var.
Vә әlbәttә ki, çox vacibdir ki, kitab müәlliflәri yüksәk keyfiyyәtli vә faydalı
mәlumatların tәqdim edilmәsi, qaydalarına riayәt etsinlәr, çünki, bütün bunlar uşaqlarımızın şüurunda mәskunlaşır vә nәticәsi öz bәhrәsini verir.
G. Babayeva