Azərbaycanın dahi şairi, dahi şəxsiyyəti, mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyəvin imzaladığı sərəncama əsasən, bu il Nizami ili kimi qeyd olunur. Nizami Gəncəvinin dövründən 880 il ötsə də, onun deyimləri, fəlsəfi fikirləri öz möhkəmliyini qoruyub saxlaya bilib. Nizamı, 1000 il ötsə də, hələ də oxunmamış varaqı çox olan böyük bir kitabdır, tükənməz bir söz xəzinəsidir. 2021-ci il Nizami ilidir. Hər dildə onun əsərləri səhnələşdirilir, şeirləri və onun sözlərinə ramanslar oxunur.
Və bu münvalla bizin Dərbənd şəhərinin ən qocaman teatrlarından biri olan, Azərbaycan Dövlət Dram teatrının direktoru Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Firdousu Səftaroviç Əskərov, bu təşəbbüsə sevə-sevə qoşuldu. Və teatrımız da öz növbəsində, Azərbaycan xalqının baş ucalığı, söz xəzinəsi, elm dəryası, dahi mütəfəkkir Nizami Gəncəvinin «XƏMSƏ» beşliyindən tamaşa hazırlayaraq, bu yubileyi qeyd etdi. Dahi Nizaminin beşliyindən hissələr və onun həyatından qısa olaraq «XƏMSƏ ÜRƏLKƏRİN HÖKMÜDARI» adlı tamaşanın premyerası ilə, teatrımız bu il öz iş möhsümünü açdı.
Bu tamaşada baş rolu, Nizami Gəncəvi rolunu, teatrın gənc və istedadlı aktyoru Sərxan Səmədov canlandırdı. Aktyor sanki, özü deyil Nizamini yaşayırdı səhnədə, Nizaminin dili ilə danışdı. Sözün əsil mənasında, bu tamaşadan Nizami obrazından böyük zövq aldım. Afaq rolunu gənc aktrisa Izabella Ağayeva ifa etdi, o da bu rolu özünəməxsus oynadı. Digər rollarda Dağıstan Respublikasının əməkdar artistləri Yaqut Xandadaşova, Məhərrəm Ömərov, Rəhilə Ömərova, Əlimöhsüm Abbasov, Mahir Melikov, Sevda Beybalayeva. Aktyorlar Hörmət Aslanov, Mirzəağa Cüm-cüm, Təhminə Ömərova, Əfsanə Məlikova, Canpulat Əmiyev, Osman Mihrabov, Nailə Babatova, Nazim Beybalayev iştirak edirdilər. Tamaşanın quruluşçu rejisoru Azərbaycan Respublikasının əməkdar artisti Sərvər Əliyev idi. O həm də bu tamaşada Qızıl Aslan obrazının oynayırdı. Sözün əsil mənasında, maraqlı bir tamaşa alınmışdı.
Özünə öz tamaşaçı kütləsini toplaya bilən, həm dram, həm də komediya janrında tamaşaları ilə hər kəs tərəfindən sevilən Azərbaycan Dövlət Dram teatrı, Nizaminin əsərlərini də öz repertuarına alıb. Öz binası olmasa da, acınacaqlı vəziyyətdə belə. Öz tamaşalarını yorulmadan, usanmadan məşq edib tamaşaçı qarşısına çıxaran teatrmıza. Tezliklə, lap tezliklə öz binasının səhnəsində. Öz tamaşalarını daha böyük zövq və həvəslə oynamaqlarını arzulayıram. Bütün teatr kollektivinə, başda teatrın direktoru Firdousi Səftaroviç Əskərov olmaqla, uğurlar diləyirik.
M. Seyidov