Nizami Gəncıvi adına məktəbin parlaq ulduzları

     

“ Müəllim vəzifəsi ona görə şərəflidir ki,O,cəmiyyət üçün ən dəyərli,ən bilikli,zəkalı,tərbiyəli ,vətənpərvər vətəndaşlar yetişdirir”

                                                                                                              H.Əliyev.

Bəli, bu,doğurdan da belədir.Müəllim ömrü bir çırağa bənzər.Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına,idrakına hopdurur. Müəllim ömrü bir Aya bənzər.O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.

                                  Dirilik suyudur hər kəlmən, inan,

                                  Səadət tapıbdır onu içən kəs.

                                  Yaxşı müəllimdən yaxşı dərs alan

                                  Həyatda heç vədə büdrəyə bilməz.

Görkəmli şair Cavad Cavadlının müəllim haqqında dediyi  bu kəlmələr mənim də ürəyimdən xəbər verir və bir şeyə inanıram ki,həqiqətən yaxşı müəllimin pis şagirdi ola bilməz.Çünki yaxşı müəllim  ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə,onu əsl insana çevirməyə qadirdir. N.Gəncəvi adına 6 saylı orta məktəbin müəllimləri kimi.Amma  mən bu gün sizə bu müəllimlərin yetişdirdiyi adi şagirdlərdən deyil,    iki parlaq  “ulduzundan” söz aşmaq  istəyirəm- Osmanova Əminə və İmranov Rüstəm.Onlar 2010-cu ildə ilk dəfə məktəbə, 1-ci sinifə qədəm qoyarkən heç kimdən seçilməyən adi şagirdlər idilər,lakin illər keçdikcə müəllimləri  onların ilbəil  istedadlarının üzə çıxmasında yardımçı olaraq qeyri-adi istedada malik şagird olduqlarını,onlarda istedadlı olduqlarına,qızıl medalla  məktəbi bitirə biləcəklərinə inam yarada bildilər.Mən bu məktəbin müəllimləri arasında kiminsə zəhmətini xüsusi vurğulamaq niyyətində deyiləm.Çünki bu pedaqoji kollektiv birlikdə həmrəy olaraq şagirdlərinin başına pərvanə tək dolanar,onlardan ötrü özlərini oda vurmaqdan belə çəkinməzlər.Ona görə də tam əminliklə deyə bilərəm ki, məktəbi bu il Vahid Dövlət İmtahanında yüksək bal toplayaraq qizil medalla bitirən,yüksək məzun adını qazanan sagirdlərin bu səviyyəyə çatmasında  bütün pedaqoji  kollektivinin əməyi var.

Osmanova Əminə tərbiyəli,bacarıqlı,istedadlı,yüksək intellektə sahib bir şagird kimi təhsil aldığı illər ərzində doğma məktəbinin istər müəllim,istərsə də şagird kollektivi arasında öz nüfuzunu yüksək səviyyədə saxlamağı bacan şagird olmuşdur.O,  özünü müxtəlif bilik yarışmalarında sınayar və həmişə də uğur qazanaraq müəllimlərinin ona inamını yüksək qiymətləndirərək həm  müəllimlərinin başını və həm də təhsil aldığı  məktəbinin adını hər yerdə ucaltmağa çalışardı. Əminənin arzusu gələcəkdə həkim olmaqdır.Ona bu arzusunun həyata keçməsi üçün yğurlar diləyirik.

İmranov Rüstəm isə hələ  ibtidai sinifdə oxuduğu vaxtdan istedadı ilə hamının diqqətini özünə cəlb edə bilmişdi.Elə kiçik siniflərdən başlayaraq səhnəciklərdəki çıxışlari,gözəl şer oxumaq bacarığı,məktəb və şəhər tədbirlərində fəal iştirakı-bütün bunlar onun fəal şarird olmasının sübutu idi.  Müxtəlif fənn olimpiadalarının, müsabiqələrin dəfələrlə qalibi və mükafatçısı olan İmranov Rüstəm gələcəkdə qanun keşikçisi olmaq arzusundadır.Məncə o, seçimini çox düzgün edib.Zahirən sakit təbiətli bu gənc geniş ürəyə,haqqa, ədalətə tərəfdar bir şəxsiyyət kimi yetişib. Ona seçdiyi peşəyə yiyələnməkdə,tutduğu yolda bol- bol uğurlar diləyirik.

İnsan arzusuna çatmaq üçün əziyyət çəkməli,hər cür zəhmətə qatlaşmalı,ən əsası isə yaxşı oxumalıdır.Bu da,  sizin öhdəsindən gələ biləcəyiniz bir işdir,əziz məzunlarımız, Nizami Gəncəvinin sözləri ilə desək:

                    Zəhmətdən fəryad etmə,olsun qoy səndə qərar,

                    Zəhmətin axırında rahatlıq var,şadlıq var.

                                                                                                               N.Rəhim qızı.