Nizami Gəncəvi adına məktəbdə son zəng

Hər ilin   isti bir bahar günündə məktəblərdə gənclik,gözəllik,sağlamlıq və xoşbəxtlik adlı bir  an var  və hər bir insanın həyatında unudulmaz ,həyəcanlı bu  anın  adı SON ZƏNGDİR. Son zəng –gənclərin ən yadda qalan ,unudulmaz məktəb bayramıdır.

Bu gün şəhərin əksər məktəblərində son zəngin sədaları eşidildi.O cümlədən Nizami Gəncəvi adına tam orta məktəbdə də.Son zəng sədaları altında bu gün 11-cilər düz 11 il onlar üçün çox doğma olan bu qədim tədris ocağının divarları arasında müəllimlərindən gördükləri nəvazişi,yiyələndikləri bilikləri,aldıqları tərbiyəni, sahib olduqları yüksək şagird adını arxada qoyaraq, doğma məktəbin adını gələcəkdə də uca tutmaq üçün bu gün bu doğma məktəbdən ayrılmalıdırlar.Bu təbiətin qanunu, zamanın hökmüdür.Gələcəkdə onları əvəz edəcək 1-cilərin isə sevinci yerə-göyə sığmırdı,onlar üçün əzbər öyrəndikləri vida nitqlərini söyləməyə tələsirdilər.

Məktəbin qapısından içəri girəndə hər tərəfdə bahar təravəti duyulurdu.Şagirdlərin yaz çiçəkləri ilə dolu əlləri məktəbin foyesini gülüstana çevirmişdi.”Əlvida məktəb”,”Əziz 11-cilər, yolunuz uğurlu olsun” kimi stendlər məktəbin foyesinə toplaşan məzunların, onların valideynlərinin, qonaqların,ümumiyyətlə hamının  diqqətini çəkirdi.Məzunlarımız bu gün axırıncı   dəfə  şagird kimi məktəbə daxil olmuşdular,axırıncı dəfə parta arxasında oturmuşdular.Bu gün onlar xüsüsi tərzdə yaraşılı idilər. Onlara baxdıqca qürur hissi duyan müəllimlərinin isə üzləri gülür,gözlərində isə sevinc yaşları parıldayırdı.Çünki hər bir  məktəbin üzü,onun sevinci və qürur mənbəyi onun şagirdləri,xüsusən də məzunlarıdır. Necə ki,bu məktəbin də bu il öz məzunları ilə qürur duymağa haqqı var. Bu il N.Gəncəvi adına  məktəbini 24- 9-cu sinif , 9 isə 11- ci sinif məzunu var.  11-ci sinfi bitirən məzunlardan ikisi: Osmanova Əminə və İmranov Rüstəm ən yüksək fəxri şagird adı uğrunda, qızıl medal uğrunda mübarizə aparacaqlar. Yeri gəlmişkən ,onlara qarşıdakı sınaq imtahanlarında, bu yarışmada uğurlar diləyirik.Gələcəkdə məktəbin, müəllimlərinin və doğma şəhərimizin adını daha da yüksəyə qaldırsınlar.

11-ciləri təbrik etmək üçün   məktəbin direktoru, Rusiya Federasiyasının fəxri ümumi təhsil işçisi Məmmədoba İndira Zöhrabovnaya söz veriləndə foyeyə sakitlik çökdü.Hamı nəfəsini dərərək onun nitqini dinləyirdi.İ.Zohrabovna məzunları məktəbi bitirdikləri münasibətilə təbrik etdi və qarşıda gələnsınaq imtahanlarına ciddi hazırlaşaraq ləyaqətlə məzun adını qazanmalarını  onlara tövsiyə   etdi.

Bu gün məktəbin Son zəng tədbirində iştirak edən hörmətli qonaqlar:Dərbənd rayon icra başçısı Rəhimov Mövsüm Hilaloviç,Dərbənd şəhər maarif şöbəsinin müdir müavini Abdusəlimova Radima Vaqifovna,Dərbənd şəhər icra başçıcının müavini Həmzətov Artur Ruslanoviç,Dərbənd şəhər dairəsinin deputatı Mustafayev Şixzaqir Sabiroviç məzunlara ən xoş arzularını bildirərək , heç vaxt onları  elmin sirləri ilə tanış edən,insanlıq,ləyaqət,vətəndaşlıq dərsi  öyrədən müəllimlərini və doğma məktəbi unutmamağı tövsiyə etdilər.

11- ci sinif şsgirdlərinin sinif rəhbəri,Rusiya federasiyasının fəxri ümumi təhsil işçisi HəmdullayevaGülnaz Ramazanovna, 9-cu sinf şagirdlərinin sinif rəhbəri,bu günlərdə vicdanlı əməyinə, təhsil sahəsindəki uğurları və xidmətlərinə görə Rusiya Federasiyası  Maarif nazirliyinin fəxri fərmanı ilə təltif edilən Aslanova Seyidmaidə Seyidislamovnaməzunlara uğurlar arzulayaraq təkcə savadlı mütəxəssis yox, həm də yaxşı insan olmağı, gələcəkdə doğma şəhərimizin daha da abadlaşdirilması üçün  yaxşı  işlər görməklərini arzulayaraq onlara  sərbəst həyata vəsiqə verdilər.

Əlbəttə, şagirdlər də müəllimlərinin ünvanına xoş sözlər söylədilər,bilirsiniz, xüsusilə onların “Biz istəyirik ki, müəllimlərimizə öz dərin minnətdarlığımızı bildirək, çünki, müəllimlərimizin sayəsində biz bu gün məzunuq və buna görə onlara bocluyuq”- deməsi müəllimləri kövrəltd.Valideynləri barədə:” Əziz valideynlərimiz , əyər biz sizi nə vaxtsa əsəbiləşdirib özünüzdən çıxarmışıqsa, bizi bağışlayın.Bizə həyat verən, bizi ayağa qaldıran,günlərini və gecələrini bizə qayğı ilə dolu o anlara ,sevgi və minnətdarlıq  göstərən ən əzizlərimizə,nə olub- olmasına baxmayaraq bizi sevən ana və atalarımıza təşəkkür etmək istəyirik.valideyn iclaslarından qayıdarkən üzümüzü danlayan,amma həmişə bizə inanan, nə olursa olsun, ən yaxşılarına ümid edən valideynlərimizin qarşısında baş əyirik”-sözlərindən sonra başa düşdüm ki, 11 ilin zəhməti, əziyyəti hədər getməyib.

Budur, məktənbin zəngi sizin üçün son dəfə çalındı.Bu zəngin sədalarını yaddaşınızda saxlayın, əziz məzunlar.İrəlidə sizi çətin, həyəcanlı,lakin maraqlı bir həyat gözləyir.Məktəbimizin şüarinı həmişə xatırlayın ” Yalnız hər məsələdə yaxşını unutmayın,yalnız yaxşı şöhrət dünyada heç nə ilə pozulmazdır.”