Dağıstanın baş naziri Abdulmuslim Abdulmuslimov QIF-də dağlıq ərazilərin inkişafına həsr olunmuş dəyirmi masada çıxış edərək növbəti “Dağlıq ərazilərin davamlı inkişafı” forumunun Dağıstanda keçirilməsini təklif edib.
Sonuncu forum Sankt-Peterburqda keçirilib. MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının katibi Natalya Amburtseva bu təklifi dəstəkləyib:
“Bu təklifə görə Dağıstan Respublikası Hökuməti çox sağ olsun. Hazırda məkanla bağlı məsələ üzərində işləyirik. Və ümid edirəm ki, növbəti forum Dağıstanda baş tutacaq”. Onun sözlərinə görə, növbəti forum 2025-ci ildə keçiriləcək, onun əsas mövzusu dağlıq ərazilərin ekoloji rifahı ilə bağlı qərarların qəbulunda bələdiyyələrin rolu olacaq.