Elimizin, obamızın bir-birindən gözəl və təmtəraqlı bayramları və adətləri var. Bunlardan ən gözəli isə, dünyanı rəngarəng bəzəklərlə bəzəyən Novruzbayramıdır. Novruz Azərbaycan xalqının milli adət-ənənələrini biri-birindən gözəl nümayiş etdirənbayramdır. Su, Od, Yel, və Torpaq çərşənbələrimiz. Bunlar haqqında ötən yazımızda qeyd etmişik. Buçərşənbələr, baharln gəlməsini xəbər verir. Hər ilxalqımız bu bayramı, yaddaqalan və unudulmazşəkildə təmtəraqla qeyd edir.
Azərbaycan Dövlət Dram Teatrının kollektivi də, hər il olduğu kimi bu il də bu bayramı bir çoxməkanlarda qeyd edib. Matrın 15-də, Dağıstanın paytaxtı Mahaçqala şəhərində. Dağıstan Azərbaycanlılarının milli muxtariyyətinin sədri RakifƏzizovun təşkilatçılığı ilə Rus Dövlət Dram Teatrının binasının önündə, möhtəşəm bir bayram şənliyi keçirildi. Ən gözəli də o oldu ki, bu bayramı Dağıstan Respublikasının rəhbərliyi və Mədəniyyət nazirliyinindəstəyi ilə qeyd olunması oldu. Bu bayramdaAzərbaycan teatrı ilə bərabər Dağıstanda yaşayan birçox xalqların musiqi kollektivləri və müğənniləri də iştirak edirdi. Bu da o deməkdir ki, Novruz həm dədostluq bayramıdır.
Azərbaycan teatrının artistləri Novruz atributları Keçəl və Kosa, şirniyyatlı xonçaları, biri-birindən gözəl milli geyimləri ilə sanki bayrama daha dagözəllik qatmışdılar.
Bu gözəl bayram abuhavası, teatrın kollektivi üçünnə az, nə çox düz 4 gün davam etdi. Matrın 16-da teatrın artistləri, canlı konsert programı və Novruza həsr olunmuş çıxışı ilə Dərbənd rayonunun Sabnovakəndində çıxış ediblər. Biri-birindən gözəl və maraqlı ifaları ilə artislər, Sabnova kəndinin sakinlərini bayrammünasibəti ilə təbrik ediblər.
Martın 17-də Dərbəndin baş tacı, ər qalamız «Narın-Qala»da, bu dostluq bayramı Novruzu Dərbənddə yaşayan hər bir millət qeyd edib. Bu dəfə də, öz gözəl çıxışları ilə Azərbaycan teatrı şəhərin qonaqlarını heyran ediblər. Şəhərdə olan turistlər, teatrın artistləri ilə xatirə şəkilləri də çəkdiriblər. Çünki bizimrəngarəng, biri-birindən gözəl milli geyimlərimiz dilimizi bilməyən turistlərin də diqqətini çəkib.
Dərbəndin adına əbəs yerə Dəmirqapı Dərbənd deməyiblər. Dərbəndin 8.9 darvazası var, onların hərbirinin min əsrlik tarixi var. «Qala Qapı», «CarçıQapı», «Dağbarı Qapı», «Bayat Qapı», «Orta Qapı», «Qırxlar Qapı» «Dubarı Qapı» və «Daş Qapı”. Bu qapılar hər zaman bura gələn qonaqların üzünə açıqolub. Bu gün də bu ənənə davam etməkdədir.Dərbəndin bu darvazaları, şəhər sakinlərinin vəqonaqların bayram şənlikləri keçirilən məkanlaraçevrilib. Martın 19-da Ulu Dərbəndin «Daş Qapı»sındaşəhər üzrə Novruz bayramı qeyd edildi. Bu bayramkonsertində də, şəhərdə yaşayan millətlərin musiqilikolleltivləri, uşaq musiqi məktəbləri də çıxış etdilər.Bu çıxışların yenə ən gözəlini Azərbaycan DövlətDram Teatrının artistlərinin nümayiş etdirdi. Özmilliliyini, adətlərini, dilini öz mükəmməlliliyi vəgözəlliyi ilə xalqa çatdıran Azərbaycan teatrı, həmişəöz təmtəraqlı və bir daha qeyd edirəm, möhtəşəmçıxışları ilə hər bir məclisə yaraşıq verir. Teatrındirektoru Dağıstan Respublikasının əməkdarmədəniyyət işçisi Firdousi Əsgərov deyir ki, «Bizimkollektivimiz hər zaman üzərinə düşən işin çətin dəolsa, öhdəsindən gələ bilir. Bu da kollektivimizin hərbirinin öz işinə sevə-sevə yanaşmasından irəli gəlir.Kollektivimiz həmişə belə olub, inanıram ki, hərzaman belə də qalacaq. Mən də bütün xalqımı Novruzbayramı münasibətilə, səmimi qəlbdən təbrik edirəm.Xalqımıza, ölkəmizə sülh və əminamanlıq arzulayıram.Novruz bayramınız mübarək!»
Biz də Firdousi müəllimin təbriklərinə qoşuluruq.Xalqımıza, dünyamıza firavan həyat, hər birinizinevlərinə bol ruzi, ailə saadəti və xoşbəxtlik arzu edirik.Və belə bir məqamda da, Azərbaycanın Xalq şairiFikrət Qocanın «Bayram axşamlarında» şeiri diliməgəldi.
Bayram axşamlarında
Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında.
Nəğmə olur dalğalar,
Qış olub dönüb bahar,
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Görməzsən yalqızları,
Al geyər el qızları,
Lalə kimi qızarar,
Bayram axşamlarında.
Hər tərəf işıq olur,
Başqa yaraşıq olur,
Göy yerə aşiq olur,
Bayram axşamlarında.
H. Aslanov