Novruzumuz Mübarək


Bütün çirkinlikləri yuyaraq, kirləri təmizləyərək, insanları saflığa çağıraraq gələn bahar.
Hər şeyin gözəlini dünyamıza gətirən, öz gəlişi ilə təbiətə saflığ və gözəllik gətirən. Küsülüləri barışdıran, sevənləri qovuşdura bahar.
Əziz xalqşm, sizi nazı ilə, sazı və sözü ilə gələn Novruz Bayramı münasibətilə, ürəkdən təbrik edirəm. Hər birinizin evlərinə bol-bol ruzu, bərəkət, bir-birinizə hörmət və sədaqət arzu edirəm. Bu bayram gözəllik bayramıdır, kimsənin qəlbini qırmayın, kimsənin gözündən yaş axıgmayın. Hər kəsə sevgi və sevinc bəxş edin. Hər şey bu dünyada qalandır, iş, vəzifə, hər şey. Bu dünyadan hər birimizin apara biləcəyi iki şey var. Bir yaxşılıq, bir pislik. Yaxşılıq bəlkə də bir çoxlarının əlindən gəlmir, heç olmasa pislikdə etməməyə çalışaq.
Bayramınız, Bayramımız Mübarək!
Dərin sevgi və hörmətlərimlə, nəğməkar şairə Zeynəb Dərbəndli.

NOVRUZ GƏLİR

Çərşəmbələr düzülür,
Yurduma novruz gəli.
Dağlardan sel süzülür,
Yurduma novruz gəlir.

Səməni naz eyləyir,
Nənələr fal söyləyir,
Çöllər yaşıl don geyir,
Yurduma novruz gəlir.

Keçəl,Kosa oynayır,
Çaylar daşır, qaynayır,
Külək yerdən doymayır,
Yurduma novruz gəlir.

Dərdimiz getsin yelə,
Xoş sözlər gəlsin dilə,
Sülh ilə, uğur ilə,
Yurduma novruz gəlir.

Zeynəb yazar şeir, söz,
Tənləşər gecə, gündüz,
Təzələnir ömrümüz,
Yurduma novruz gəlir.

01.03.2022.