İlin hər fəsli gözəl olur, hər fəslin öz gözəlliyi öz mənası var. Payız gələndə yer öz yaz donunu dəyişir, qızılı libasa bürünür. Və qış gəlir, öz ağ libasi ilə bütün dağları düzləri örtür. Qışda hər tərəfi qar örtür və göy öz rəngini yerdən alır, sanki dünyanın bir rəngi varmış kimi. Qışın sonlarında, bahara doğru qar başlayır əriməyə. Dağlardan üzü aşağı axan su, çaylara qarışır. Göylər də bu sudan öz payın alıb, buludların çənlərini doldurur. Və nəhayət novruzun ilk çərşənbəsi gələndə, çaylardan aldığı saf suyu yerlərə çiləyir. Su da gəlib, yerin üzünü yuyur ki, yer yuxudan oyanıb. Yeni yuxudan oyanmış yer üzü, əlindən xınası getməmiş gəlin kimidir. Və o gəldiyi evin ocağını, öz isti nəfəsi ilə isidir. Çaylar şırhaşı axır, bulağların gözü qaynıyır. Bələliklə də, bu hal Su çərşənbəsi olaraq. Milli adət ən-ənələrimizə, bu gözəlliklərlə Su çərşənbəsi kimi daxil olub. Su çərşənbəsində, qızlar, gəlinlər səhər tezdən durub bulağ başına gedərlər və bulağın gözündən səhəngini ilk dolduran qız, həmin il ərə gedər deyə rəvayət olunur. Gəlinlər isə ana olardılar, bax əsil gözəllik elə budur. Bu adətlərimizi qoruyub saxlayaraq, gələcək nəsillərə çatdıraq suyun qüdrəti, saflığı özü bir dünyadır. Su ilə yerə yeni can gəlir, yer sanki yeni nəfəs alır. Su saflığdır, su bərəkətdir. Su olmasa əkin olmaz, dünya yaşarmaz. Su gözəllikdir, həyatdır. Dünyanı bütün çirkablardan təmizləyən, elə məhs sudur. Əlin kirlənir suya qaçırsan, üstün kirlənir su axtarırsan. Su elə bir saflığdır ki, özünün kirini və çirkabını özü yuyur təmizləyir. Bir sözlə su həyatdır
Su Çərşənbəniz Mübarək!
M Seyidov.