COVİD xəstəxanalarında mayeləşdirilmiş oksigen və 400 –dən çox oksigen konsentratı üçün çənlər Dağıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən alındı. Panremiya kontekstində xəstəxanaların yüksək oksigen tələbatı üçüncü dalğa dövründə daha da artıb.Dağıstan xəstəxanalarında hər gün 20 tondan çox maye qaz istehlak olunur.
Respublikanın tibb təşkilatlarının oksigenlə fasiləsiz təchizatı üçün Dağıstan Səhiyyə Nazirliyi respublika büdcəsi hesabına maye qaz və oksigen konseptratlarının saxlanması və təchizatı üçün çənlər almağa qərar verib.
Əvvəlcə 300 konsentrat çəninin alınması planlaşdırılsa da ,sonradan hərrac zamanı razılıq əldə edilərək 426 belə çənin tezliklə respublikaya gələcəyi və bütün xəstəxanalarda yerləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki,hazırda Dağıstanda satış üçün oksigenin lisenziyalı istehzalı ilə məşğul olan yalnız üç müəssisə var-«Daгдизель», «КизМ» və «ДРКБ».Bundan əlavə, oksigen stansiyaları respublikanın 8 tibb müəssisələrində yerləşir və öz istehlakı üçün qaz istehsal edir.Ancaq oksigenin böyük hissəsi respublikaya Dağıstan xaricindəki fabriklərdən çatdırılır.(Volqoqrad şəh.)Pandemiyanın üçüncü dalğası kontekstində ,ağır formalı COVİD-19 xəstələrində böyük bir artım var ,fabriklər tez-tez artan tələbatın öhdəsindən gələ bilmirlər və onlardan sifariş edilən oksigen tədarükünü həmişə tam və vaxtında təmin etmirlər.