ÖLMƏZLİK YAŞAYAN QUMRİ

Dərbəndin səsi taaa dövrü qədimdən, ulu əcdadlarımızın silinməz yaddaşlarından gəlir. Neçə min illərin tarix kitabı qədim şəhər, Dərbənin 12 əsrdən bəri yazıb yaradan şairləri və aşıqları olub. hər birinin qələmindən bir dastan süzülüb. Dərbəndin adını öz çiyinlərində daşıyan yazarlarımız, onu bir zümrüd boyunbağı kimi şərəf və ehdiyatla daşıyıblar. Mirzə Məhəmməd Tağı Qumri, qocaman Dərbəndimizi İranda, Türkiyədə başqa dövlətlərdə də layiqincə təmsil edərək tanıdıb. Qumrini indinin özündə də İranda Türkiyədə tanıyırlar, onun qəzəllərini əzbər bilirlər. Qumrinin qəzəlləri dini olduğundan, müsəlman ölkələrində onun qəzəllərindən istifadə edirlər. Mən deyərdim ki, belə bir dahinin doğulub boya başa çatdığı. Hər kəsin heyran olduğu, bu müqəddəs Dərbənd şəhərində doğulub yaşamaq belə böyük şərəfdir. Bəzən düşünürəm ki, insan ölür və unudulur. Amma Dərbəndin yuxarı hissəsində Qumri meydanından yolum düşəndə baxıb görürəm ki, məni narahat edən suala cavab tapmışam. İnsan ölməzliyi özü-özü üçün qazana bilər, öz gördüyü işləri və əməlləri ilə. Bax elə bizim dahimiz, şərəfimiz Qumri Dərbəndi kimi. Qumri haqqında çox yazıblar, mən bugün onun sadəcə ölməzlik zirvəsini xatırlamaq istədim. Dərbəndin dəmir qapıları onun bəzəyidir, bu qapıların birində. Qumri Dərbəndinin büstü, üzü Narin Qalaya tərəf baxır. Çünki o, öz Dərbəndinin baş tacı. Narin Qala ilə fəxr edib, ona görə də üzü Qalaya tərəf oturub. İndinin özündə də, belə şair və yazarlarımız az deyil. Amma bugün, bu kiçik yazımı məhs dahi Qumri Dərbəndiyə həsr etmək istədim. Keçmişimizi, tariximizi unutmamaq üçün, ilk elə hər dövrün şairini xatırlatmalıyıq.

M Seyidov.