Onkoloji xəstələr və hamilə qadınlar da COVİD-19 əleyhinə peyvənd qəbul edə bilər

Səhiyyə Nazirliyihamiləliyi koronavirus əleyhinə peyvənd üçün əks göstəricilərdən xaric etdi və onkoloji xəstələrə müalicədən iki həftə əvvəl və ya iki həftə sonra peyvənd edilməsini tövsiyə edir.

Nazirlik hər bir fərdi vəziyyətdə ,”hamilə”  qadımları aşılamaq qərarının bir mamaqinekoloq tərəfindən verilməsini izah etdi.Hamiləliyin 22-ci həftəsindən erkən icazə verilir və anaya gözlənilən fayda ,gələcək körpə üçün potensial riskdən daha yüksək olduqda, tövsiyə olunur.Beləliklə,hamilə qadınlara koronavirusun şiddətli gedişi üçün risk qrupuna düşsələr,peyvənd edilmələri tövsiyə olunur:yəni piylənmə,xroniki xəstəliklər,ağ ciyər,böyrək,qara ciyər,şəkərli diabet,ürək- damar və ya onkoloji xəstəliklərdən əziyyət çəkirlərsə. Hamilə qadınlara istifadə üçün rusiyanın istehsalı olan peyvəndlərdən yalnız”Sputnik-V” istifadə etməyə icazə verilir.Səhiyyə nazirliyi ,xərçəng xəstəliyinə gəldikdə,əksəriyyətinə peyvənd edilməsinin tövsiyə edildiyini vurğuladı.Bu,bu cür xəstələrin tənəffüs,bakterial və virus infeksiyaları  riski  ilə əlaqədardır.Eyni zamanda,xərçəng əleyhinə müalicəni başa vurmuş  xərçəng xəstələri üçün “Sputnik-V” ilə peyvənd edilməsinə icazə verilir,həkimin tövsiyəsi ilə müalicə və əməliyyatdan ən geci iki həftə əvvəl edilə bilər.

Səhiyyə naziri Mixail  Muraşko   rusiya vətəndaşlarına payıza qədər peyvənd olunmağı tövsiyə edib.Birincisi, sentyabr ayında tətil mövsümü bitəcək və insanlar öz kollektivlərinə qayıdacaq və buna görə də yeni xəstəliklər riski yaranacaq.İkincisi, qrip mövsümünə hazırlıqlar başlayacaq.və mənbələrin bir hissəsi bu xəstəliyin qarşısının alınmasına yönəldiləcək.Nazir xatırlatdı ki,koronavirus peyvəndi 21 gün fasilə olmaqla iki mərhələdə aparılır və immunitet peyvəndin ilk komponentinin tətbiqinə başlanandan 42 gün sonra formalaşır.”İdeal olaraq qrip və koronavirus peyvəndləri arasında bir ay keçməlidir.Rusiya Federasiyasının Federal Tibbi və Bioloji Agentliyinin Federal Araşdırma və Klinik Mərkəzin poliklinika müdiri İrina Zıkova bildirib ki,hər bir peyvəndin reaksiyasını izləmək və bədəni həddindən artıq yükləmək üçün bu müddət lazımdır”.COVİD-19 pandemiyası zamanı qrip əleyhinə peyvəndin xüsusilə vacib olduğuna diqqət çəkib ,çünki hər iki xəstəlik bədənə yük gətirir və eyni vaxtda yoluxduqda ağır fəsadlara və ölümcül nəticəyə səbəb ola bilər.

                                                                                                                                                                      G.Babayeva