Kovid hələ də buralardadır


Artıq üçüncü ilə, insanların sağlamlığına ziyan vuraraq qədəm qoyan Kovid-19 hələ də özünü göstərməkdə davam edir. Ölənlərin və yoluxanların sayı artmaqla yanaşı, virusların da çoxalmasına səbəb olub.
Əziz insanlar, çalışın özünüzü qoruyun. Özünüzü sərbəst buraxşb, o yoxmuş kkmi hərəkət etməyin. Əllərinizi yuyun, antiseptikləyin. Qaynanmış su içjn, vitaminli ərzaqlardan istifadə edin.
Bu virusa sadə özünüzü qoruyaraq və ehtiyatla davranaraq qalib gəlmək olar. Uşaq, böyük bilməyən bu vəhşi virus, hələ başqa-başqa ad soyadlarla gəlməkdə davam edir. Çölə çıxarkən, özünüzü qoruyun ki, evə gəlib evdə olan körpələrə və sevdiklərinizə ziyan verməyəsiniz.
Hər biriniz sadəcə özünü deyil, ətrafındakıları da düşünməlidir. Çünki xəstəlik zarafat ediləsi vəziyyət deyil,, onunla gərək ehtiyatlı olasınız. Hər kəsə sağlam ömür, əminamanlıq və xoşbəxtlik arzulayırıq.
M. Seyidov