Öz vətənpərvərlik borcunu yerinə yetirərkən həlak oldu

Bu gün, 31 martda Tabasaran rayonunun Yersi kəndində Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən və döyüş zamanı həlak olan 27 yaşlı Əsgəndər Şahnavaz oğlu Sardarovu dəfn mərasimi oldu. O mənim ən yaxşı şagirdlərimdən biri idi. Onun daim gülümsəyən üzü, xoş xasiyyəti heç vaxt yadımdan çıxmayacaq.
Əsgəndər 9 mart 1995-ci ildə Yersidə anadan olmuşdur. Məktəbi 2013-cü ildə doğma kəndində bitirmişdir. O, məktəbdən sonra Penza dövlət universitətinin informasiya texnologiyaları fakültəsinə daxil olur. Həmin fakültənin hərbi kafedrasını bitirdikdən sonra kiçik leytenant rütbəsinə layıq olur. 2018-ci ildə Universiteti bitirəndən sonra Primorsk vilayətində hərbi xidməti keçir. 2019-cu ildə yeni hərbi kontrakt bağlayır və 24 fevral dan etibarən Ukraynada başlayan xüsusi əməliyyatda baş leytenant rütbəsində iştirak edir. 20 martda o idarə edən zirəhli texnika rukət atəşinə tutulur və həmin anda Əskəndər həlak olur.
Əskəndərin həyat yoldaşı və körpə uşağı qalmışdır. Onu dəfnində bütün kənd sakinləri iştirak etmişdir. Allah rəhmət eləsin, valideynlərinə isə səbr versin! Amin!

Qədirbəy Ömərov.