Azərbaycan və Rusiya müttəfiq, dost, yaxın tərəfdaş və qonşu kimi fəaliyyət göstərirlər.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuata birgə bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır.
«Bizim yüksək səviyyəli görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il biz iki dəfə – bir dəfə Moskvada, bir dəfə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Ancaq əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi haldır, belə demək mümkünsə, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu gün qəbul edilmiş sənədlər, o cümlədən, ilk növbədə, Prezidentlərin Birgə Bəyannaməsi münasibətlərimizin dost və müttəfiq xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevral ayında imzalanan müttəfiq əməkdaşlıq Bəyannaməsinin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiq, dost, yaxın tərəfdaş və qonşu kimi fəaliyyət göstərir», – deyə V.V.Putin vurğulayıb.
A.Məmmədova,
«Dərbənd » qəzetinin məhsul katibi