Qəhrəmanlar ölmür

Dağıstan başçısının sədrliyi ilə keçirilən iclas Rusiya Federasiyası Qəhrəmanı Müslüm Müslümovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Sergey Melikov qəhrəmanın ailəsinə və yaxınlarına başsağlığı verdi.

«Əgər öz vəzifəsində olan hər kəs Müslüm Müslümovun etdiyi kimi çalışsaydı, heç vaxt çətinliklərdən qaçmasaydı, nə olursa olsun irəliləsəydi, tabeliyində olanlara dürüst və sona qədər qayğı göstərsəydi, çünki bunu sadəcə zabit deyil, insan etməlidir, həyatımız yaxşılığa doğru kəskin şəkildə dəyişərdi», — deyə o bildirib.

Müslüm Müslümov yanvarın 30- da döyüş tapşırıqlarını yerinə yetirərkən ağır yaralanıb. Tibbi səylərə baxmayaraq, Qəhrəmanı xilas etmək mümkün olmayıb.