Dağıstanımızın övladları hər yerdə və hər sahədə öz sözünü deməyi bacarıblar. Dağıstanın uca dağlarından mərdlik havasını öz sinəsinə çəkərək, igid və cəsur böyüyən hər bir oğul və ya qız, vətəninin baş ucalığıdır. Bu diyar adı kimi özü də dağ vüqarlıdır. Sizləri bir az, gözəl Dağıstanımızın Dərbənd rayonunun dağ başında, bir nər qala kimi duran, adını göylərdən alan Rükəl kəndinə səyahət etdirmək istərdim. Bu Çənlibel kimi çəni, çiskini belə özünə bəzək olan Rükəl kəndinin ziyalı şəxsiyyətlərindən söhbət açmaq istəyirəm. Bu kənddən də dəyərli şəxsiyyətlər az çıxmayıb. Bu yazıda, bir neçəsinin adını çəkmək istərdim. Misalçün- Dağıstanın ən böyük dini alimlərindən biri Seyid Xusamətdin Arrukali, «Rükəlli». O bir çox ölkələrdə xüsusilə də Türkiyədə öz kəndini tanıdıb. Bu kəndin 20-ci əsrin ortalarında olan tanınmışları. İlk kənd təsərrüfatı Elmləri namizədi Cabrayıl Seyidov, Partiya Dövlət işçisi Nəriman Səlimoviç Əhmədov, tarix elmləri dokturu Şarafətdin Səlimoviç Əhmədov, filologiya elmləri dokturu Ruslan Soltanoviç Qədirov, və bir çoxlarının adını çəkə bilərəm. Amma bu gün sizlərə təqdim edəcəyim dəyərli şəxsiyyət, hansı ki nə az, nə çox düz 50 il şərəflə işləyib. Bu dəyərli insan, istedadlı jurnalist Hacıkərim Hacıtahiroviç Hacıkərimdir. O
1950-ci ildə tabasaran rayonunun Xuçni kəndində dünyaya göz açıb, 3 yaşında onların ailəsi , Dərbənd rayonunun dağüstü Rükəl kəndinə küçüb gəlir. Burda Rükəl kənd 7 illik orta məktəbini bitirir və
1971-ci ildə Dərbənd şəhərində fəaliyyət göstərən «Leninçi» sonralar Sovet Ittifaqı dağıldıqdan sona isə bu Dəmirqapı Dərbəndimizin adını, öz üzərinə götürən möhtəşəm «DƏRBƏND» respublika qəzeti kimi davam etməyə başlayır. Bizim kəndin övladı da həmin bu qəzetdə, bu gün öz şərəfli və ləyaqətli adı və işi ilə tanınan Kərim Kərimovu təqdim edirəm.
Ondan balaca bir müsahibə götürmək qərarına gəldim, çünki bir yerdə, bir işdə. İş yerini dəyişmədən ləyaqətlə işləmək, mən deyərdim hər adamın cürəti deyil
-Salam Kərim müəllim, necəsiz? Sizinlə söhbətimə şadam, öz haqqınızda bir az danışardız. Həm oxucular üçün, həm də sizi sevənlər üçün maraqlı olar.
-Salam Zeynəb xanım, təşəkkür edirəm. Şükür hər şey yaxşıdır, mənim üçündə sizinlə söhbət etmək şərəfdir. Kəndimin, vətənimin baş ucalığısınız. Özüm haqqında deyəndə, sizlər məni tanıyırsız. Uzun illərdir «DƏRBƏND» respublika qəzetində çalışıram.
-Bəli, uzun illərdir bu qəzetin hər səhifəsində sizin adınıza rast gəlirik. Doğrusu bu məncə bütün kəndimiz üçün şərəfdir. Hər dəfə orada Kərim Kərimov adını görəndə, insanın içində bir fərəh hissi duyulur. Bax elə bj barədə danışın, axı 50 il bir insan ömrüdür.
-Doğrudur, 50 ildir bu qəzetdə çalışıram və bir çox məqalələrlərim olub. Bu qəzet əvvəllər Qəzet «Leninçi» adı ilə fəaliyyət göstərirdi, mən onda «ədəbiyyat işçisi» kimi işləmişəm. Sonralar «Dərbənd» respublika qəzeti kimi fəaliyyət göstərməyə başladı. Adı və fəaliyyət qaydaları dəyişəndən sonra mən «Informasiya və məktublar» şöbə redaktoru vəzifəsində işləmişəm. 2010-ci ildə təqaüdə çıxdım və buna baxmayaraq qəzetdə müxbir kimi işləməyə davam edirəm.
-Kərim müəllim bu işlədiyiniz müddətdə, ən çox yadınızda qalan hansı məqalələr olub?
-Zeynəb xanım, bu işlədiyim illər ərzində bir çox məqalələrin müəllifyəm. Misalçün» Məşhur idmançılar», «Görkəmli ziyalılar», «Istehsalat qabağcılları», «Deputatlar» və bir çox sadə adamlar haqqında yaddaqalan məqalələrim olub. Bir neçə iş adamı haqqında oçerklər və məqalələr də yazmışam. Bunlardan bir neçəsinin adını çəkğ bilərəm. Dağıstan Respublikasının Ressamlar Ittifaqının üzvü Fazail Xocayevə həsr edilmiş «Nadir istedad», xalqımızın ağsaqqalı və müdrik şəxsiyyəti Seyid Camaloviç Qyrbanovun 80 illik yubileyinə həsr olunmuş «Tərkəmə dürr-siz isə dürri şahvar», Azərbaycanın görkəmli memarı, həmyerlimiz Şamil Fetullayev haqqında «Böyük həmyerlimiz», Mineralogiya Elmləri Dokturu, həmyerlimiz Əziz Əsgərov haqqında «O Azərbaycanda mineral suların aşkar edilməsinin banisidir». İdmana böyük həvəsim olduğuna görə, bu sahədə yüksək nəticələr qazanan rayon idmançılarından daima maraqlı məqalələr yazmağı, özümə borc bilmişəm. Və bütün bunlar mənim jurnalist fəaliyyətimdə möhüm yer tutur. Məsələn, Sərbəst güləşmə üzrə, ilk idman ustası Aşurxan Əhmədov, yüz kloqram çəkidə ilk respublika çempionu T Əmirseyidov, Ağır atletika üzrə respublika çempionu İsrafil Nəzirov, dəfələrlə SSSRİ çempionu 1980-ci ilin dünya rekordçusu Avset Avsetov, cüdo üzrə respublika çempionu Roman Gereyxanov, Azərbaycan Respublikasının ağır atletika üzrə çempionu Səmədov, 16-dan çox ağır atletika üzrə idman ustaları hazırlayan Beycətdin İsmayılov, cüdo üzrə RF və dünya çempionatları qalibi Kamal Xanməhəmmədov, cari ildə MMA çempionu İmran Məhərrəmov və bir çox ziyalılarımız və idmançılarımız haqqında oçerk və məqalələrim var.
-Kərim müəllim, bir az da, öz uşaqlıq ailəniz haqqında danışardınız zəhmət olmasa.
-Biz ailədə 7 uşaq olmuşuq, 6 qardaş və 1 bacı. Mən özüm ailənin ikinci övladıyam. Atam Hacıtahir Zeynətdinoviç Kərimov Dərbənd şəhərində pedagoji texnikomunu biririb, Rükəl kənd 7 illik məktəbində ilk növbədə müəllim vəzifəsində çalışıb, sonralar isə bir çox müxtəlif vəzifələrdə çalışıb. Tabasaran rayonunun poçt rəisi vəzifəsində çalışıb və nəhayət 1964-cü ildə Rükəl kəndində yeni tikilmiş ən yaraşıqlı və möhtəşəm mədəniyyət evində direktor vəzifəsində çalışmışdır. Eyni vaxtda mədəniyyət işçilərinin rayon komitesjnin sədri vəzifəsini də icra etmişdir.
-Kərim müəllim, ziyalı ailədə böyüdüyünüzə görə, o gen sizdə hələ də özünü büruzə verir.
-Bəlkə də elədir Zeynəb xanım, mənim babası Zeynətdin Hacıkərimoviç Kərimov Rükəl kəndində ilk təşkil okunmuş kolxoza, 5 il başçılıq etmişdir. O da öz dövrünün sayılıb seçilən ziyalılarından olub.
-Belə bir ziyalı ailəsində dünyaya göz açan insan, əlbətdə ki, həm öz adını, həm də kəndinin adını ucaltmalıdır. Və mən bu gün böyük qürur hissi ilə sizin haqqınızda yazıram. Və çox sevinirəm ki, sizin haqqınızda yazmaq məhz mənə nəsib oldu. Sizcə ömrünün çox hissəsi, 50 ilini qəzetə bağlamaq ağır olmadı mı? Bilirəm ki, bu yolda qar, boran, külək, tufan olur. Bəs bütün bunlar sizi qorxutmadı mı?
-Zeynəb xanım, özünüz də yaxşı bilirsiniz ki, bu yolun soyuqu istisindən azdır. Ən azı siz də demək olar belə bir yolun yolçususunuz. Şairlik də elə, jurnalistika kimi qarlı, buranlı yolu keçir. Biz Rükəllilər də bütün bunlara sinə gəlməyi şükür ki bacarırıb. Əlbətdə çox olub, hər bir çətinliyə də düzgünlüyüm, doğrularımla qalib gəlmişəm. Mən hər atdığım addımda, həmişə Allahı çağırmışam. Çünki Allah, ona inanan bəndələrinin arxasında durur.
-Bəli qəzetdə şərəflə işləyərək, başı uca çalışmağınız mən deyərdim bütün Rükəl kəndi üçün böyük şərəfdir. Mən sizin haqqınızda çox eşitmişdim, amma sizi yaxından tanıdığım az müddət ərzində. Sizin necə istedadlı bir jurnalist və tərcüməçi olduğunuzun şahidi oldum. Mən bunu bir neçə dəfə, söhbət zamanı demişəm. Bu insan tərcüməni yazmadan, yazıya baxaraq dildən tərcümə edir. Yəni mən bunu fəxrlə demişəm. Kərim müəllim, hələ də kaşki bu barədə də yazardım deyə fikirləşdiyiniz bir şey qalıbmı? Yəni yazmaq istəyərək yaza bilmədiyiniz?
-Ehhhhh Zeynəb xanım, o qədər varki. Amma həmişə yazımın çərçivəsini aşmamaq şərti ilə yazmışam, çünki öz işimin dərinliyini bilirəm. O dərinlik həddini bilməyənləri batıra bilər.
-Kərim müəllim, sizinlə olan bu səmimi söhbətimdən, kəndimiz haqqında da bilmədiklərimi öyrındim. Sizə həm bu sözbətə görə, həm də şərəflə 50 ilinizi ən çətin və ən önəmli vəzifə olan jurnalistikada keçirdiyinizə görə sizə minnətdaram. Sizə yenə bir sual ünvanlayım. Rükəlin uğurları haqqında nə qədər yazmısız, yazdığca da nə qədər qürurlanmısız? Bunu soruşmağımın mşnası odur ki, siz hər hansı bir Rükəlli ta ınmış haqqında danışarkən belə qürurlanırsınçz.
-Zey əb xanım, kəndimizdən yazmağımın həddi hüdudu yoxdur. Rükəl sovxozu o illərdə ən öndə gedən təsərrüfatı olan sovxoz idi. Pomidoru, üzümü, gilası. Bütün bunları dəfələrlə yazmışam. Çünki hər yazımda, başım bir az da ucalırdı. Axı mən də bu möhtəşəm kəndin övladıyam, bu kənd mənim qürurumdur.
-Hörmətli Kərim müəllim, sizə bu çətin və şərəfli işinizdə daima uğurlar arzulayıram. Gün olsun 100 illik yubildyinizi, Dağıstan Respublikasının əməkdar jurnalisti adını alaraq, baha böyük adlarla qeyd edəsiniz.
Rükəl kəndi doğrudan da çox savadlı övladlar yetişdirib, onların içində alimi, həkimi, müəllimi, idmançısı, şairi və s.r yetişib. Ona görə də, mən də bu kəndin övladı olmağımla qürurlanıram. Bizim dağ vüqarlı Rükəl kəndimizdən Böyük Vətən Müharibəsinə 220 nəfər cəsur oğullar göndərən bir kəndin tarixi salnaməsində parlaq səhifələr klduğca çoxdur. Bir neçə bəyləri olan kəndin varlı təbəqələri vaxtı ilə, Dağıstanla Azərbaycan arasında daş körpü salaraq dənizə baxan üz tərəfində «Pamyat o Rukeltinsev» sözləri bu kəndin zənginliyinə sübutdur. Bax elə bunun özü bir sərvətdir.
Böyük hörmətlə Zeynəb Dərbəndli və «DƏRBƏND» respublika qəzetinin kollektivi.