Qədim Dərbənddə Novruz bayramı qeyd olundu

Martın 19-d qədim Dərbənd şəhərində Novruz bayramına həsr olunmuş şəhər təntənəli tədbir keçirilib. Dərbənd Şəhər Deputatları Məclisinin sədri Həsən Mirzəyev dərbəndliləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

“Bu bayram ən parlaq, ən gözəl bayramdır, çünki hamımız onu uşaqlıqdan xatırlayırıq və sevirik. Qoy bu bayram həyatınıza daxil olsun və sülh, yaxşılıq və əyləncə mənbəyinə çevrilsin. Sizə uzun ömür, cansağlığı arzulayıram”, — deyə Q.Mirzəyev qeyd edib.
Canlı tamaşaya baxmaq üçün çoxlu sayda sakin və şəhərin qonaqları toplaşıb. Bayramın fəxri qonaqları, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov dərbəndliləri təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və ən xoş arzularını çatdırıblar.

Azərbaycan Dövlət Dram Teatrının artistləri Sevda Bəybalayeva, Şükufə Məlikova, Tamilla Mihrabova, Aygün Nəcəfova, Mirzə Cüm-Cüm, Sərxan Səmədov parlaq konsert proqramı ilə çıxış ediblər.

Teatr truppası “Keçəl və Kəsə” adlı məzəli tamaşa nümayiş etdirib.
Konsert proqramı rəngarəng nömrələr, alovlu mahnılar və rəqslərlə zəngin olub.