Qələbə bayramı yaxınlaşır

 Xalqımızın və dövlətmizin tarixində ən böyük hadisə olan faşizm üzərində qazandığımız böyük Qələbə bundan sonrada minilliklər boyu yaşayacaqdır.
   Sovet Xalqları bu müharibədə böyük itkilər hesabına Avropa və Afrika dövlətlərinin faşizmin əsarətindən qutarmışdır. Ona görə Qələbə bayramını dünyanın bir çox xalqlarının müqədfəs bayramı sayılmalıdır. Cari ildə Rusiya Xalqları Qələbə bayramını qeyri-adi şəraitdə qarşılayacaqdır. Ona görədə hər yerdə bu müqəddəs Qələbə bayramına ciddi hazırlıq gedir.
   Respublika Başçısı Sergey Alimovun təşəbbüsü ilə bu bayram ərəfəsində şəhər və rayonlarımızda bir sıra hazırlıq tədbirləri keçiriləcəkdir. «QƏLƏ BAYRAĞI» aksiyası belə tədbirlərdən biridir. Şanlı Qələbəmizin əbədləşdirilməsi və gələcək nəsillərə çatdırılması ücün bu aksiyanın böyük təsiri olacaqdır. «Dərbənd rayon» bələdiyyə rayonunun gənclər, təhsil, idman mədəni idarələrinin kollektivləri və bütün rayonun sakinləri bu təşəbbüsü ürəkdən alqışlayır və yüksək səviyyədə keçirilməsi ücün lazımi tədbirlər görürlər.
   Belə tədbirlərə ürəkdən yanaşan rayon ictimayyətidə aksiyada fəal iştirak edəcəkdir.
                          H. Yaxşıbayev,
         Dərbənd rayon veteranlar Şurasının sədri, Əfqanistan müharibəsinin iştirakçısı.