Qələbə gününə tədbir keçirildi

Bu günlərdə, Dərbənd şəhərinin 1 nömrləli məktəbində-də. Böyük Vətən Müharibəsi Qələbəsinin 76-cı ildönümünə həsr olunmuş bir tədbir keçirildi.
Tədbirdə II Dünya Müharibəsi veteranı Antonina Aleksandrovna Isakova, Dərbənd şəhər «Döyüş şöhrəti» muzeyinin işçisi Gülperi Şabanovna Mirzebalayeva, Dərbənd şəhər «Mərkəzləşdirilmiş kitabxanalar sisteminin» direktoru Diana Hafizovna Əliyeva, Rusiya və Azərbaycan Yazıçılar birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , nəğməkar şairə Zeynəb Dərbəndlı, «Dərbənd» respublika qəzetinin müxbiri Kərim Hacıtahiroviç Kərimov iştirak etdilər. Tədbiri məktəbin 7-ci b sinif müəllimi Aida Şəmsətdinovna Hüseynova hazırlamışdı. Tədbirdə məktəbin müəllimləri və şagirdləri, Böyük Vətən Müharibəsinə həsr olunmuş mahnı və şeirlər səsləndirdilər. Tədbirin axırında məktəbin direktoru Naida Ramazanovna İsmailovaya söz verildi.
O gələn qonağlara və məktəbin müəllim kollektivinə, belə gözəl tədbir üçün təşəkkür etdi. Tədbirdə çıxış edən qonağlar məktəbin müəllim və şagirdlərinin yüksək peşəkarlığını və yaradıcılığını qeyd edərək təşəkkür etdilər.

Z. Dərbəndli.