Heç bir cəmiyyət iki prinsipin(qadın və kişi) balanslı bir əlaqəsi olmadan ahəngdar bir şəkildə inkişaf edə bilməz.Qadınların cəmiyətdəki mövqeyi litmus testi kimi bir dövlətin mədəniyyət səviyyəsini ortaya qoyur,bərabərlik və demokratiya prinsiplərinə sadiqliyini əks etdirir.
Dağıstanda qadınların siyasi və ictimai həyatda fəal iştirak etməsi,müstəqillik qazandıqdan sonra Dağıstanın siyasi sistemi islah etmək, bazar iqtisadiyyatına keçmək,son, hüquqi, demokratik ,dünyəvi bir dövlət qurmaq üçün çətin bir daxili yol seçməsidir.Məqsəd insan hüquq və azadlıqlarını təmin etməkdir.
Mirzəxanova-Feyziyeva Susanna Abdulqamidovna da nəinki şəhərimizin eləcə də respublikamızın ictimai həyatında müəyyən dərəcədə mövqeyini yüksək səviyyədə saxlamağı bacaran,şəhərimizin ictimai həyatında şəxsi mövqeyi olan bir xanımdır.
Susanna Abdulqamidovna şəxsiyyətin ön plana çıxdığı insanların sayına aiddir onun üçün əsas işi,sevimli şəhəri , dövrəsində yaşadığı insanlar və doğmalarıdır.
Hal- hazırda O,”Dərbənd konyak kombinatı “ASC –də kadrlar şöbəsinin müdiri vəzifəsində çalışsa da, ilk əmək fəaliyyətinə inşaat mühəndisi olaraq tikinti müəssiəsində başlamışdır.İşləməyə başladığı ilk gündən özünü perspektivli bir gənc mütəxəssis,potensial lider kimi sübut etməyə çalışır. Və təsadüfi deyil ki, iki ildən sonra ona şəhər partiya komitəsində iş təklif olunur və Dərbənd şəhər partiya komitəsinin ikinci katibi vəzifəsinə təyin olunur.Şəhər komitəsinin yeni katibi işini yeni bir səviyyəyə qaldırdığı bir vaxtda o,partiyanın şəhər komitəsinin bürosuna təqdim olunur və Dərbənd şəhər komsomol komitəsinin birinci katibi seçilir.
Şəhər əhalisi arasında nüfuza sahib təcrübəli bir lider kimi tanınan Susanna xanım partiyanın şəhər komitəsinin sənaye və nəqliyyat şöbəsinə müdiri təyin edilir.
Partiyanın şəhər komitəsinin ən məsuliyyətli şöbələrindən birinə rəhbərlik edən və sonrakı peşə yüksəlişində başqa bir addım atan Susanna Mirzəxanova üçün iki il boşuna getmir. Şəhər iqtisadiyyatının işini yüksəltmək lazım idi.Ömrü boyu oxumaqdan,təcrübə qazanmaqdan yorulmayan insan üçün peşəkar karyerasının başlanğıcından belə fərqlənmək o qədər də təəccüblü deyildi.Təbiətcə lider olan bu xanım insanları başladıqları işə nikbinlik və inamla yükləməyi bacarırdı.
Ardınca-partiyanın regional komitəsində yeni təyinat təklifi alarkən ilk öncə etiraz bildirmək istəsə də ,çünki çalışdığı iş yerindən,doğmalarından ,doğma şəhərindən ayrılmaq onun üçün elə də asan deyildi, sonra, fikirləşib mərkəzə- Maxhçkala şəhərinə köçür.Orada işlədiyi iki il , ona çox şey öyrədir, fərqli bir iş miqyası,maraqlı insanlarla görüşlər.Özünün dediyinə görə:
“Bəxtim gətirib,tale mənə zəngin, mənalı bir həyat və qeyri- adi şəxsiyyətlərlə görüşlər qismət edib.”
Çox keçmir ki, Susanna Abdulqamidovna yeni,daha məsuliyyətli işə — Dərbənd şəhər Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin edilir. Bu vəzifənin 90-cı illərdə işi çox təhlükəli sayılırdı.Lakin onu da qeyd etmək istəyirəm ki, Dərbənddə Susanna xanımı hamı dürüst,ədalətli,prinsipial bir insan kimi tanıyırdı,bu vəzifə riskini boynuna alsa da onu qorxutmaq mümkün deyildi.
Bir müddət də şəhər qəzetinin redaktoru kimi çalışaraq öz xarakterik enerjisi ilə həyatdan nəfəs almağı bacarır.Yeni redaktor şəhər sakinlərini maraqlandıran bir çox mövzular tapır,yaradıcı bir heyət toplayır.Qəzetin heyəti cəsarətlə işə başlayır.Jurnalistlər ,onların arxasında duran redaktorun möhkəm iradəli söz adamı olduğunu bildiklərinə görə çəkinmədən isti mövzularla işləməyə başlayırlar. Dörd ay sonra isə Susanna Abdulqamidovnanı yenidən şəhər rəhbərliyinə dəvət edirlər və maliyyə şöbəsinə rəhbərliyi ona tapşırırlar.Şəhər rəhbərliyinin bu vacib iş yerində Susanna Abdulqamidovna təxminən 20 il çalışır.Hal-hazırda isə “Dərbənd konyak zavodu” ASC-də kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.
Susanna Abdulqamidovna bütün xüsusiyyətlərinə görə, ailəyə,yaxınlarına ümid bəxş edən bir dayaq nöqtəsidir.Onun evində həmişə bol gülüş,musiqi və xoş ünsiyyət var.Xüsusi sevinci isə qızı Səbinədir.Bu müdrik, uzaqgörən qadının xoş xasiyyətinin və təbəssümünün arxasında sonsuz səbr hiss olunur.
N.Rəhim qızı