Qaz tәchizatında mühafizә qaydaları vә tәhlukәsizlik tәdbirlәri

Qaz tәchizatında mühafizә qaydaları vә tәhlukәsizlik tәdbirlәri. Qaz cihazlarından istifadә zamanı:

Qaz cihazlarından istifadә etmәzdәn әvvәl otağı havalandırmalı vә hava axınını tәmin etmәk lazımdır. Qaz cihazları işlәyәrkәn pәncәrini açıq buraxın. Yanacağa nәzarәt edin. Alov sakit vә hamar, mavi vә ya bәnövşәyi olduqda normal hesab olunur.

Işartı vә ya alov sönmәyә başlayırsa, bütün qaz kranlarını dәrhal bağlayın vә otağı havalandırın. Әgәr sobadan istifadә edәcәksinizsә әvvәlcә onu bir müddәt açıq saxlayın-havalandırmaq üçün.

Otağın isidilmәsi üçün sobadan istifadә etmәyin:

Mәktәbәqәdәr uşaqların qaz cihazlarından istifadәyә icazә vermәyin.
Unutmayın: Istәnilәn qaz avadanlığı işlәyәrkәn dәm qazı yaranır. Mәhz buna görә havalandırmaya nәzarәt edin. Istilik sistemi olan otaqlarda yanacaq mәhsullarının çıxışı üçün baca vә fәrdi havalandırma kanalı olmalıdır hәmçinin divar üzәrindә nәfәslik vә ya barmaqlıqlar vasitәsi ilә havanın axını tәmin edilmәlidir.
Istismar prosesindә baca vә havalandırma kanalları ildә әn azı 3 dәfә yoxlanılmalıdır- istlik mövsümünün başlanmasına 1 hәftәdәn gec olmayaraq, istilik mövsümünün ortasında vә istilik mövsümünün bitmәsinә bir hәftәdәn gec olmayaraq.