Məlumdur ki, payız və qış aylarında təbii qaz və elektrik enerjisinin istehlakı artır. Bize bu vacibi enerji resurslarını çatdıran təşkilat və müəssisələr vaxtında istehlak etdiyimiz enerjinin pulunu ödəməyi bizdən tələb edirlər. Sözsüz ki, biz istehlakçılar vaxtında bu xərcləri ödəməliyik.
Lakin hələ istehlakçılar da var, ki onlar işlətdiyi qaz və elektrik enerjisinin pulunu vaxtında ödəməyə tələsmirlər. Nəticədə, enerji müəssisələrin rəhbərləri sanksiyalar tədbiq etməyə məcbur olurlar.
Lakin istehlakçıların əksəriyyəti həmin pulları vaxtında ödəyirlər. Tabasaran rayonunda istehlakçıların əksəriyyəti qanuna riayət edir və vaxtında borclarını ödəyirlər. Buna görə də pul ödəmə məsələsi rayonda olduqca yaxşıdır.
Bu məsələni mənə izah edən Qazprom işçisi Nurəliyev Qahirbəy özünün tabeliyində olan ərazidəki istehlakçılardan çox razıdır.
Q. Ömərov