Qeyri-kommersiya təşkilatları üçün seminar keçirildi

           

Dərbənddə Dağıstan Respublikasının qeyri-kommersiya təşkilatları üçün seminar keçirilib

Ötən həftə “Dərbənd şəhəri” dairəsinin Dərbənd şəhər rəhbərliyi qeyri-kommersiya təşkilatları üçün “Prezident Qrantları Fondunun müsabiqələrində iştirak və qalibiyyət imkanları” mövzusunda seminar keçirib.

Eyni zamanda, Dərbənd icra başçısının müavini Vidadi Zeynalov tədbir iştirakçılarını salamlayaraq seminarın təşkilinə görə təşəkkürünü bildirib.

 “Bu tədbiri keçirmək üçün vaxt və fürsət tapdığınız, həmkarlarımızla bölüşmək qərarına gəldiyiniz yenifaydalı məlumat üçün təşəkkür edirik. Bu biliklər ilknövbədə onlara və yaşadıqları cəmiyyətə faydalı olacaq”, — deyə başçı müavini bildirib.

Seminarda İnnokentı Dementyev Prezident QrantFondunun müsabiqələrində iştirak şərtləri, mühümsosial layihələr haqqında danışıb, iştirakçıların tez-tezyol verdiyi səhvləri təhlil edib.

Seminarda aşağıdakı suallar müzakirə olunub:

• Prezident Qrant Fondunun müsabiqələrində kimlər və hansı layihələrlə iştirak edə bilərlər?

• Bir layihə üçün nə qədər qrant tələb oluna bilər?

• müsabiqə üçün ərizə necə doldurulmalı?

• Müsabiqə iştirakçıları ildən-ilə hansı səhvlərə yolverirlər və onlardan necə qaçmaq olar?

• Təklifin hazırlanması ilə bağlı hansı təlim materiallarısərbəst mövcuddur və mən onları haradan tapabilərəm?

Prezident Qrantları Fondu 2017-ci il aprelin 3-dən Rusiya Federasiyasında qeyri-kommersiya qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin yeganəoperatorudur.

Seminarda “Dərbənd” respublika qəzetinin şöbəredaktoru Ruslan Musayev iştirak etmişdir.