Rəhbərlik üçün doğulmuşdu

Viktor Hüqo israr edirdi ki, dünyada kiçik xalqlar yoxdur. Xalqın böyüklü heç də onun sayı ilə ölçülmür. Haqqında söhbət açacağım insan Dağıstanın az saylı xalqlarından biri sayılan ağul xalqının çox məşhur, dövlət səviyyəli vəzifələrə pillə-pillə qalxmış, böyük planlarla yaşayan, böyük gələcəyi olan, ömrü və arzuları yarımçıq qalmış. Az bir vaxtda bir neçə ömrü yaşamış sadə bir kəndli balası idi.

Iyun ayının 6-da onun 70 yaşı tamam olmalı idi. Onun keçdiyi həyat yoluna nəzər salanda Sokratın gözəl bir kəlamı yada düşür. «Özünü yox, həqiqəti müdafiə et». Bu adam yəqin ki, özünü dərk etdiyi yaşından həqiqəti müdafiə etməyi, özü üçün sanki həyat kredosu seçmişdir. Düzlüyü sevən, aliliyi ilə yaşayan bu insan ömrünün yetkin çağında həqiqətin qurbanına çevrilir. O 27 avqust 2003-cü il tarixdə respublikamızın paytaxtı Mahaçqala şəhərinin mərkəzində ikinci qəsdən sonra terror aktı nəticəsində qətlə yetirilir. O təkcə respublikamıza yox həm də Rusiyanın siyası məkanında yaxşı tanınmış, çox savadlı, ziyalı, siyasətçi, güclü idarəçi və adi həyatda olduğca sadə görünən Məhəmmədsaleh Məhəmmədoviç Qusayev idi. O 1951-ci ilin iyun ayının 6-da Ağul rayonunun Sirxə kəndində dünyaya göz açmışdır.
Məhəmmədsaleh Məhəmmədoviçin çox zəngin əmək biografiyası vardır. 1977-ci ildə DDU-nın tarix fakultəsini əla qiymətlərlə bitirdikdən sonra həmin ildə DDU Həmkarlar Ittifağı sədri vəzifəsində çalışmağa başlamışdır. Həmin illərdə DMSSR-in Xalq depiputatı seçilir. DMSSR-in millətlərlə iş üzrə Dövlət komitəsinin sədri vəzifəsinə təyin olunur.
Belə bir insanın qətlə yetirilməsinin maraqlı tarixi vardır. Əlavə versiyaya görə qətl ekstrimislərin qısasıdır. Hələ 1999-ci ildə M. Qusayev «Dağıstan və Çeçenistan xalqları şurası» terrorçuluq təşkilatı tərəfindən ölümə məhkum olunmuşdu. 28 avqust 2003-cü il tarixdə istentaqın təşkili üçün Dağıstana Rusiyanın baş prokururu müavini V. Kolesnikov uçub gəlir, RF cinayət məcəlləsinin 3-cü maddesi üzrə cinayət işi qaldırılır. Terrorçuluq aktı doğrudanda respublikada böyük rezonansa səbəb oldu. Həmin gün saat 12 radələrində Mahaçqalada matəm mitingi keçirilir. Bu artıq ənənəyə çevrilmiş və hər ildə Mahaçqalada matəm mitingi keçirilməsi unudulmur. M. Qusayevin fəaliyyəti çox şaxəli idi. Onun təşəbbüsü ilə 1993-cü ildə RF xarici işlər nazirliyi ilə DR milli siyasət və xarici əlaqələr üzrə dövlət komitəsi arasında protakol imzalanmışdır. 9 yanvar 1996-cı ildə Kizlyarda dinc sakinlərin deyişdirilməsi üçün o özünü quldurlara könüllü əsir verir.
Dövlətimiz onun xidmətlərini Igidliyə görə, Xalqlar dostluqu ordenləri və çoxlu medallarla təltif etmişdir. Mahaçqaladaki qəzet-jurnal kompleksi, küçələrdən biri, Dərbənd və Ağul rayonlarında orta təhsil məktəbləri, Çinar kəndində küçə, Mahaçqala şəhərində stol üstü tenis üzrə uşaq-gənclər məktəbi, Stavropolda Dağıstan xalqlarının mədəni mərkəzi onun adını daşıyır.
13 may 2005-ci il tarixdə M. Qusayevin adına yaradılmış Dağıstan Regional Içtimai Fondu respublikanın bir sıra müəssisələrinə sponsor köməyi göstərir. DDU-nun və DPU-nun və Hüquq Akademiyasının hər birində bir tələbə və aspirant üçün M. Qusayevin adına xüsusi stependiya təsis olunmuşdur. Bundan başqa Fond isdedadlı gənclərə yaradıcılıq planlarını realizə etməyə, sərgilərinin təşkilində və keçirilməsində dəsdək verir.
Ailədə ən kiçik olan bacısı Umijatın qardaşı haqqında xatirələri çoxdur. O deyir.. Məhəmmədsaleh anamızı hətdindən artıq sevirdi. Sadə adamlarla münasibəti isə hamını təcübləndirirdi. Böyük vəzifələrdə çalışmasına baxmayaraq adamlarla sadə ünsiyyətdə olmağı çox xoşlardı. Uşaqlıqda böyük qardaşlarım məni incidərdilər, Məhəmmədsaleh onların bu hərəkətini heç xoşlamazdı. Çünki məni ayrıca sevirdi. Hətda o deyirdi ki, Umka bizim familiyamızı hamıya tanıtdıracaq, ümidlərimizi doğruldacaqdır. Mən təzə işə başlayanda mənə onun tövsiyələri çox idi. Və təkrar edirdi ki, vəzifədə böyüdükcə sən mütləq sadə insan olmalısan. Ən başlıcası böyük yaradan və özünün qarşısında təmiz olmalısan.

Həmişə başı aşağl olmağı unutma, hər gün məktəbə gələndə texniki işçidən tutmuş şagirdlərə qədər hamı ilə bərabər olmalısan. Çox illər keçsədə onun dediyi sözlər qolağımdan getmir. Onun dedikləri həqiqətə çəvrildi. Atam və anam mənim yanımda qaldılar, onların qayğıları məni yormadı, əslində onların böyük nəsihətləri ömrümün çırağına çevrildi.

Onun dedikləri ilə razılaşmamaq olmaz. Nazir işlədiyi vaxtlarda mən də bir məsələdən ötrü onun qəbulunda olmuşdum. Vəziyyəti ona ərtaflı danışdım, məni diqqətlə dknlədikdən sonra Dərbəndə gəlib redaksiyadaki vəziyyətlə şəxsən tanış olacağına söz verdi. Doğrudanda xeyli vaxt keçdi, günlərin bir günü redaksiyaya gəlib vəziyyəti görüb dedi.. «Mənə bu haqda məlumat veriləndə inanmaq istəmədkm. Sən demə doğrudanda vəziyyət belə imiş». Az vaxt keçdikdən sonra yaranmış vəziyyətin aradan qaldırılması üçün lazımı tədbirlər görüldü. Mənim fikrimcə Allah onu rəhbərlik etmək üçün yaratmışdı. Çox təəssüflər olsun ki, nədən isə bu cür insanların ömrü qısa olur. Daha düzgün desək onları çox yaşamaqa qoymurlar. Səbəbləri isə müxtəlif olur. Allah ona qəni-qəni rəhmət eləsin.
K. Kərimov