Ramazan Allaha ibadət əməlidir

Orucluq bayramı Ramazan ayının sonuna, Ay görünən günə təsadüf edir və fitrə bayramı kimi də qeyd olunur. Yəni həmin gün kasıblara, kimsəsizlərə, yetimlərə pay, ölülərə ehsan verilir,onların ruhuna dua oxunur. Bir fitrənin, yəni sədəqə verməyin yüz əvəzi çıxır deyilənə görə. Əgər biz ilin on bir ayında istədiyimizi yeyib-içiriksə, nəfəsimizi saxlamağı da bacarmalıyıq.Çünki həyatında bolluq da olur, qırtlıq da.Allah insanlara ilin bir ayını oruc tutmağı buyurmuşdur. Bu ay ayların ən şərəflidir sayılır.Həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilmişdir Ona görə də müsəlmanlar belə bir mübarək ayda oruc tutmaqla Allaha ibadət edirlər. Ramazan ayı həm də bağışlama ayıdır. Oruc tutanlar mərhəmətli olur, adamlarla mehriban dolanır, onların qüsurlarını bağışlayır, küsülülər barışır,inciklik aradan qalxır.