Ramazan ayında Dağıstana islam ölkələri səfirliklərinin nümayəndə heyəti səfər edəcək

Onların iştirakı ilə Sergey Melikovun adından kollektiv iftar süfrəsi açılacaq. Respublika rəhbəri aktual məsələlərə dair müşavirədə özü bu barədə məlumat verib.

Qonaqlar dini tədbirlərdə iştirak edəcək, müsəlmanlar üçün əhəmiyyət kəsb edən yerləri ziyarət edəcək, bölgənin dini liderləri ilə görüşəcəklər. Quran qarilərinin çıxışları və müxtəlif sərgilər təşkil olunacaq. On nəfərdən artıq səfirin gələcəyi gözlənilir. Tədbirlərin əsas məkanı Dərbənd olacaq. Kollektiv iftar süfrəsinə respublika başçısının adından bələdiyyələrin və ictimaiyyətin nümayəndələri də dəvət olunacaq. “Bu cür hadisələr bir daha sübut edir ki, Dağıstan təkcə millətlərin və dinlərin deyil, həm də dövlətlərin birləşdiyi məkandır. Dərbənd isə qədim şəhər kimi birləşdirici nöqtədir”, — Sergey Melikov bildirib.