Respublika “Dərbənd” qəzetinin redaksiyası respublika iməcliyində iştirak edib.

Aprelin 20-də səhər tezdən respublika “Dərbənd” qəzeti redaksiyasının əməkdaşları redaksiya binasına bitişik ərazidə təmizlik işlərinə başlayıblar. Lenin küçəsinin 36 — 40 saylı evlər arasındakı hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəsi təmizlənmiş, qazonlar zibildən təmizlənmiş, bordürlərdəki bitki örtüyü təmizlənmişdir.

Nəşrin baş redaktoru Tərlan Ələkbərovun sözlərinə görə, bu genişmiqyaslı ümumrespublika iməcliyi günləri gənc nəslə şəhərin ictimai yerlərində təmizliyə riayət etmək öhdəliyini aşılayacaq. “Bütün bu təşkilat gənc nəslin ekoloji maarifləndirilməsinə və cəmiyyətdə təbiətlə harmoniyada yaşayan mədəniyyətin formalaşmasına öz töhfəsini verəcək”, — respublika nəşrinin baş redaktoru vurğulayıb.
Qədim Dərbənd şəhərimizin zibildən təmizlənməsi üçün redaksiya kollektivi sistemli şəkildə belə təmizlik günlərində bütöv bir komanda kimi iştirak etməyə hazırdır.
Həmin gün şəhərin əksər müəssisələrində-məktəblərdə,uşaq bağçalarında,tibb müəssisələrində və s. iməclik keçirilib.Havaların da bu arada xoş keçməsi Ümumxalq iməclik günündə insanları işlədikləri müəssisələrdə təmizlik işləri aparmağa ruhlandırıb.

Nəzərə alsaq ki,şəhərimizə gələn qonaqların,turistlərin sayı xeyli dərəcədə artıb.Və biz istəməzdik ki,gələn qonaqların bizim şəhərimiz barədə mənfi rəyləri olsun,ona görə də belə iməcliklərin bir neçə dəfə keçirilməsini məqsədəuyğun hesab edirəm.Bu,həm gələcək nəslin şəhərimizə olan qayğı hissini yüksəldər,həm də təmizliyin vaxtaşırı aparılması adət halını alar.Hamımız bilirik ki,şəhərimizin küçələri,parkları bu cəhətdən heç də ürəkaçan deyil.
Salehova S.