“Rusiya-Səs Kainatı” beynəlxalq musiqi festivalı keçirildi

Dağıstanın paytaxtı Mahaçqalada «Rusiya — Səs Kainatı» beynəlxalq musiqi festivalı forumun yaradıcı qrupunun qala-konserti ilə başa çatıb.

«Rusiya folklor kollektivlərinin orijinal sənəti Rus Teatrının böyük zalının səhnəsində nümayiş etdirilib», — deyə məlumatda bildirilib.

Festivalın qonaqlarını və iştirakçılarını Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva qarşılayıb. Nazirliyin rəhbəri layihənin müəllifinə, festivalın bədii rəhbərinə, musiqişünasa, P.İ Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Dünyanın musiqi mədəniyyətləri” elmi yaradıcılıq mərkəzinin elmi rəhbəri   Marqarita Karatıginaya  təşəkkürünü bildirib.

“Festivalın coğrafiyası heyrətamizdir! Onun proqramı ən şərq subyektdən — Çukotka yarımadasından ən cənub bölgə — dağlıq Dağıstana qədər Rusiya xalqlarının mədəniyyətini təqdim edib.

“Rusiya – Səs Kainatı” festivalı Rusiyanın 10 regionunda uzun, maraqlı bir yol keçib”, — deyəButayeva bildirib.

O, Marqarita Karatıginaya Respublika Mədəniyyət Nazirliyinin Təşəkkürünü təqdim edib və qeyd edib ki, “Rusiya – Səs Kainatı” festivalı dünya xalqlarının ən yaxşı xalq yaradıcılığı ənənələrinin ötürülməsinə töhfə verir, millətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi,vahid mədəni məkanın möhkəmləndirilməsi kimi mühüm missiyanı yerinə yetirir.  

Festival çərçivəsində keçirilən “Ölkədə qonşularınız haqqında nə bilirsiniz?” Ümumrusiya müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırılması mərasimini Marqarita Karatıgina açıb.

Mahaçqalalı Şerifəliyev üçüncü, samaralı Nadia İmayeva ikinci, moskvalı Nataliya Noskova isə qalib olub.

Diplom və mükafatların təqdim olunmasından sonra festival proqramının konsert hissəsinə start verilib.

“Atasikun” (Çukotka) folklor eskimo ansamblı, “Ayalqa” ansamblı (Buryatiya Respublikası), “Tıva qızı” (Tıva Respublikası) qadın boğaz ifaçıları folklor ansamblı,  xalq musiqi ansamblı “Tavolqa”(Samara) , eləcə də Ryazan vilayətinin xalq yaradıcılığını təqdim edən Moskva Dövlət Konservatoriyasının folklor ansamblı öz sənətlərini Daöıstan ictimaiyyətinə nümayiş etdiriblər.

Festivalın proqramı Dağıstan kollektivlərinin – Dağqosfilarmoniyanın “Makam” xalq musiqi ansamblı, respublikanın Novolakski rayonunun “Darraçı” folklor ansamblı və Çarodinski dövlət kişi xoru “Oxuyan çaroda”nın çıxışları ilə tamamlanıb.

Tədqiqatçıların etnoqrafik ekspedisiyalarda topladıqları materiallar əsasında canlandırılan xalq mahnıları ifa olunub, tamaşaçılar ən nadir milli alətlərin ifasını dinləyib, Sibir etnik qruplarının heyrətamiz kişi və qadın boğaz ifaçılığı sənəti ilə təmasda olub, rus xalqlarının orijinal kostyum komplekslərinin nümayişini seyr ediblər.

Festivalın yekun hissəsinin təşkilində  T.Muradova adına Dağıstan Dövlət Filarmoniyasının böyük rolu olub. 

Festivalın informasiya partnyorları “Dagestanskaya Pravda” respublika qəzeti, “Dağıstan” jurnalı, RGVK “Dağıstan” və RİA “Dağıstan”dır.

“Rusiya – Səs Kainatı” Beynəlxalq Musiqi Festivalı Prezident yanında Mədəniyyət Təşəbbüsləri Fondunun dəstəyi keçirilib.