62 vaqondan ibarət ilk dəmir yolu qatarı Rusiyadan Qazaxıstan və Türkmənistan ərazisindən keçərək İranın Astara limanına uğurla gəlib. Yeni marşrut «Şimal — Cənub»beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir.
Bu layihə Rusiyaya Fars körfəzinə, onun vasitəsilə isə Asiya və Afrika ölkələrinin bazarlarına birbaşa çıxış imkanı açır. Dəhliz ixrac imkanlarını genişləndirir və Rusiyanın beynəlxalq ticarətdə mövqeyini gücləndirir.

