İnsan həyatda yaşadığca, bir çox problemlər yaşayır. Ailə, uşaq vəsair problemlər. Və həyat boyunca, istər kişi, istər qadın hər bir çətinliklərə sinə gələrək ailəni ayaqda tutmağa çalışır. Bəzən də olur ki, ailədə anlayışlı münasibət olsa da həyatın sıxıntılarından insanın sinirləri zəyif düşür. Və insanın özündən belə asılı olmayaraq, onun əsəblərinin zəyifliyi özünü büruzə verir. Ona görə də, hər bir insan bu sinir pozuntusu yaşayır.
Bu yaxınlarda Dərbənd şəhər Mərkəzi Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alaraq, öz sağlamlığına qovuşan bir xanımla Arifə Sadıqovna Həsənova ilə görüşüb söhbət etdim. O həmin şöbənin bütün personalı haqqında gözəl fikirlər söylədi, o dedi ki, «Mən xəstəxanaya yerləşdirildiyimdə, halım çox pis idi. Düzünü desəm, sadəcə kiçik bir ümidim var idi içimdə ki, Mən sağalacağam. Amma içimdən bir səs də, o qədər də güvənmə deyirdi. Mən isə ümüd etməyə davam edirdi. Mənə canla-başla qulluq edən həkim və tibb bacıları, demək olar ki, mənim ümidimə daha da ümid qatırdılar. Nevrologiya şöbəsinin baş həkimi Svetlana Nadırovna Mirzəxanovaya minnətdaram ki, məni müalicə etmək üçün. Əllərində şəfa olan, on barmağının hər biri bir möcüzə olan. Mənim saəlamlığımı mənə qaytaran Aileta Paşayevna Abdullayevaya həvalə etdi. Sanki bütün personal və baş tibb bacısı Tamella Ismayılovanın mənə olan xüsusi qayğılarından, mən bir daha sağlamlığıma qayıda bildim.
Arifə xanımın bu prosesdə əlbət də ki, özünün də güclü olması vacıb idi. Çünki hər bir həkim, xəstənin bütün bu olanları necə qəbul edəcəyini gözləyir. Əyər xəstə ürəkdən inanıb istəməzsə, onu min loğman gələ, yenə də müalicə edə bilməz. Odur ki, Arifə xanımın organizminin gücü, həkimlərin gücünə güc qatıb. Arifə xanımın ürəyində yaşamaq arzusu olduğundan, hətda buna görə həkimlərin hər dediyinə əməl etməsi də, onun necə güclü və sabaha inamlı bir xanım olduğunu sübut edir.
Onunla söhbətimiz zamanı, ona sual verdim «Xəstəliyiniz müddətində, içinizdə az da olsa qorxu var idi mi?» O isə (gülümsəyərək) «Yox əsla qorxu hissi keçirtmirdim, çünki mən həkimlərə tam olaraq inanırdım, hətda inanmaq məcburiyyətində idim. Əyər mən özüm də ayağa qalxmaq üçün mücadələ etməsəydim, həkimin də əziyyəti hədər olardı. Mən şöbənin baş həkimi Svetlana xanıma inanırdım, inanırdım ki, onun məni sağaltmaq üçün tövsiyyə etdiyi Aileta həkim, məni mütləq sağaldacaqdır. Mən sağalacağıma ürəklə inanırdım, çünki yaşamaq istəyirdim. Həkimin mülayimliyi, mehriban davranışı, hətda otağa girərkən «Bu gün daha da gümrah görünürsüz» deməsi belə, mənə güc verirdi. Tamella xanın şəfalı əlləri ilə vurulan iynələr, verilən dərmanların özü belə, mənə hər gün daha da güc-qüvvə verirdi.
Arifə müəllimə özü müəllimədir, özünün peşəsi də həm cavabdehlik, həm də güc tələb edən bir peşə olduğu üçün, o həkimlərlə də anlayışla rəftar edirdi. Arifə müəllimə Dərbənd şəhər 3 nömrəli məktəbdə çalışır. Dağıstan Respublikasının Fəxri müəllimidir.
Mən ona sual verdim ki, hansı peşə daha çox cavbdehlik tələb edir, müəllimlik yoxsa həkimlik? O mənə gülə-gülə «Hər bir peşədə cavabdehlik var, istər həkim, istər müləllm. Həkim düzgün müalicə etməzsə, xəstənin sonu fəlakət olur. Ya ölür, ya da ömürlük əil olaraq yaşayır. Müəllimlik də elə eynidir. Müəllim də öz şagirdini düzdün tərbiyə etməsə, ona elmin yollarını göstərmsə şagir böyüyüb ya oğru olur, ya da cəmiyyətdən uzaq bir səfil həyatı sürərək yaşamağa davam edir. Hər hansı bir peşə də, cavabdehlik tələb edir. Necə ki, şagirdin oxumağa həvəsi yoxsa,müəllim dəridən,qabığdan çıxsa da xeyri olmur. Elcə də həkim nə qədər əlləşsə də, xəstə özü də yaşama üçün mücadələ etməzsə həkimin əziyyyəti hədər gedəcək. Mən ona görə də, həkimlərin dediklərini, dedikləri kimi etməyə çalışırdım. Çalışırdım ki, nə həkimin,nə də mənim əziyyətim hədər getməsin»
Mən onu dinlədikcə, sanki yeni bir dünyanı kəşf edirdim. Həyatın mənasının dərinliyini bu dərəcə də anlayan bir müəllimə ilə həmsöhbət olmağın özü elə, bir ali məktəbi bitirmək kimi bir şeydir.
Arifə müəllimə o qədər sevgi və etiramla Dərbənd şəhər Mərkəzi Xəstəxanasının Nevrologiya şöbəsinin bütün kollektivi haqqında danışırdı ki, mən də bir anlıq həkimlərimizlə qürur duyurdum. Danışdığca onun gözlərində olan sevinci və yaşamaq həvəsini görürdüm, bunu gördükcə də əsil həkimlərimizlə fəxr edirdim. Arifə müəllimə, onun Dərbənd şəhər Mərkəzi Xəstəxanasının Nevrologiya kollektivə olan təşəkkür meraciyətini qəzetimizdə çap etməyimizi xaiş etdi, biz də sevə-sevə qəbul etdik.
«Mən Nevrlogiya şöbəsnin baş həkimi Svetlana Nadırovnaya, xüsusi olaraq da, şəfalı əlləri ilə bir çox insanı həyata qaytaran Aileta Payayevnaya məni yenidən sağlamlığıma qaytaran o şəfalı əllərin sahibi, gülər üzlü, mehriban xanım, gözəl ürəkli insana ürəkdən, öz dərin minnətdarlığımı bildirirəm. Allahdan ona Allahın ən dəyərli neyməti olan can sağlığı arzu edirəm. Və ayrıca da şöbənin baş tibb bacısı Tamella Ismayılovaya və bütün həkimlərindən tutmuş sanitarlarına kimi, hər birinə airı-ayrılıqda təşəkkür edirəm.»
Bizlər də bu dəyərli insan Arifə Sadıqovna Həsənovanın dediyi bu gözəl sözlərə qoşularaq, bütün tibb kollektivinə. Bütün xəstələri sağlamlığlarına səbrlə qovuşdurmağlarını və onlara can sağlığı arzu edirik.
M. Seyidov