Şərəfli və şöhrətli həmyerlimizləfəxr edirik

Tabasaran rayonunun Yersi kəndindən olan Ağakərim Emirbekoviç İsinov böyük təcrübəyə malik hərbi cərrahdır. O, bu gün  podpolkovnik rütbəsində Vətənə sədaqətlə xidmət edərək Rusiya ordusunun   Stepan Banderanın varisləri olan nasistlərə qarşı xüsusi hərbi əməliyyat keçirdiyi Ukraynada çalışır.

   Tabasaran teleqram kanalı «Tabasaran xəbərləri» podpolkovnik İsinov haqqında qısa şəkildə belə yazır:

«Tabasaran rayonunun sakinləri Donbas əhalisini Ukrayna faşistlərindən qorumaq üçün keçirilən xüsusi hərbi əməliyyat zamanı özlərini çox layiqli göstərirlər . DXR və LXR ərazisində gedən xüsusi hərbi əməliyyatda fərqlənənlərdən biri də Yersi kəndinin sakini, tibbi xidmətin podpolkovniki  İsinov Ağakərim Emirbekoviç   bu yaxınlarda cəsarət və peşəkarlığa görə Suvorov medalı ilə təltif edilmişdir.

Ağakərim İsinov Tabasaran rayonunun Yersi kəndində anadan olub. Uşaqlıqdan həkim olmaq arzusu var idi və məktəbi bitirdikdən sonra Samara Hərbi Tibb İnstitutuna daxil olur. İxtisasca cərrahdır. Bundan əlavə,S.M.Kirov adına Hərbi Tibb Akademiyasında təhsil alıb. Oranı bitirdikdən sonar Rusiya Müdafiə Nazirliyinin 422-ci hərbi hospitalının aparıcı cərrahıdır. 

Hərbi həkimin taleyi onu dəfələrlə ölkəmizin müxtəlif şəhərlərində və xaricdə xidmətə göndərib. Ağakərim İsinov Ermənistanın, Çeçenistan Respublikasının Volqoqrad və Vladiqafqaz şəhərlərində xəstəxanaların cərrahiyyə şöbələrinə rəhbərlik edib. Vəzifəsini yerinəyetirərək Suriya Ərəb Respublikasında, Cənubi Osetiyanın azad edilməsində iştirak edib.

XHƏ-ın başlaması ilə Ağakərim İsinov DXR və LXR ərazisində yaralı əsgərlərə kömək edir. Rusiya Prezidentinin 2 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə Suvorov medalı ilə təltif edilib.

   Ağakərim məktəbdə həmişə ağıllı, səliqəli şagird olub, intizamlı, başqalarına nümunə olub. Yersililər və bütün rayon sakinləri layiqli həmvətənləri ilə fəxr edirlər.

                                                                                                                    Q.Ömərov