Sərgi keçirildi


Noyabrın 15-də, Ləzgi Dövlət Musiqili teatrın binasının girəcəyində. Dərbəndin tanınmış fotoqrafı, hamının sevimlisi, Dərbənddə keçirilən bütün tədbirlərdə fəal iştirak edən Zaur Mullayevin «Fotosərgi»si keçirildi. Tədbirdə şəhərin tanınmış ziyalıları, başqa şəhər və rayonlardan gəlmiş qonağlar var idi. Hər kəs üçün bu sərgi, çox maraqlı idi. Bu fotosərgidə Dərbəndin 20 əsrdə fəaliyyət göstərən tanınmışlarının və o dövrlərin ziyalılarının şəkilləri də yer almışdı. Sərgiyə gələn bütün qonağlar, sərgidə hərə öz doğmasının, qohumunun, hətda özünün şəklini arayırdı. Ən maraqlısı da o idi ki, Zaur sərgiyə gələn qonağların hər birini sevə-sevə qarşılayıb, xatirə şəkilləri çəkdirirdi. Kim bilir, bəlkə bu d onun gələcək sərgilərindən biri olacağ. Bir sözlə Zaur, öz sənətinin, öz peşəsinin professionalıdır.

Tədbirə Dərbəndin hər bir idarəsindən qonağlar dəvətli idi. Azərbaycan Dövlət Dram Teatrını direktoru Firdousi Əsgərov, Dərbənd şəhər dairəsinin Mədəniyyət, İdman, Gənclər siyasəti və Turizm idarəsinin sədri Samilə Nəcəfova, Dərbənd şəhər Mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Əliyeva, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə və Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli və başqa-başqa məktəb və kolleclərin rəhbərləri iştirak edirdi. Tədbirə gələn qonağları, çay və şirniyatlara qonağ edirdilər. Həm təbrik çıxışları, həm həzin musiqi nömrələri ilə keçirilən bu tədbir, ora gələn hər kəsin yaddaşında qalacağ qədər gözəl idi. Tədbirin aparıcısı, Dərbənd şəhər «Hərbi Şöhrət» muzeyinin aparıcı işçisi Gülpəri Mirzəbalayeva idi.
H. Aslanov