Dərbənd şəhərinin bütün seçki dairələrində səsvermə davam edir. Mən də bir Rusiya vətəndaşı olaraq, bu səsvermədə iştirak edirəm. «DƏRBƏND» qəzetinin müxbiri kimi, səs vermədə iştirak edən insanlarla kiçik bir sorğu keçirdim. Onlarla söhbət zamanı gördüm ki, insanlar öz gələcəyini xoşbəxt və firavan görmək üçün, səsverməyə könüllü olaraq gedirlər. Kimi dindirirsən, hamı eyni sözü söyləyir. «Biz inanırıq ki, bu inanıb səs verdiyimiz insanlar, bizim inamımızı doğruldacaqlar. Biz öz gələcək nəslimizi, xoşbəxt və qayğısız görmək istəyirik». Mən də hamının arzusuna qoşuluram, xeyirli olsun.