Sәkkizinci beynәlxalq dinlәrarası gәnclәr forumu başa çatdı

Oktyabrın 2-dә «Günәşli sahil» bazasında 8-ci beynәlxalq dinlәrarası gәnclәr forumunun rәsmi bağlanışı oldu. Tәdbirin açılışını edәn Dağıstan Respublikasının Milli Siyasәt vә Dini Işlәr naziri Enrik Müslümov qeyd etdiki: forumun etnokonfessional münasibәtlәrin müasir problemlәrinin müzakirәsi çәrçivәsindә gәnclәrin açıq dialoqu üçün bәnzәrsiz bir platformadır. Nazir vurğuladı kı, forum müxtәlif bölgәlәrin nümayәndәlәrini birlәşdirmәk, qardaşlıq vә birlik ideyalarını inkişaf etdirilmәsi üçün üzәrinә düşәn vәzifәlәri tam şәkildә yerinә yetirib.
«Biz- tәk bir yaradanın övladlarıyıq, Allah birdir, dinc yaşamalıyıq, dost olmalıyıq vә yaratmalıyıq, vә mәn düşünürәmki, bu forumda gәnclәr bunu bacardılar vә onlar burada әldә etdiklәri biliklәri daşımağa davam edәcәklәr» — E.Müslimov söylәdi.
Parlamentlәrarasıәlaqәlәrin ictimai vә dini birliklәri mövzusunda Dağıstan Respublikasının Milli Siyasәt Komitәsinin sәdri Anatoliy Karıbov qonaqları vә forum iştirakçılarını salamladı.
«Forum bütün çoxmillәtli respublikamız üçün әlamәtdar bir hadisәyә çevrildi, o, ictimai, dini tәşkilatlar vә hakimiyyәt orqanları arasında qarşılıqlı әlaqәnin inkişafına böyük töhfә verir, ölkәnin etnik konfessional müxtәlifliyi haqqında xeyirxah bir anlayışa, gәnclәrin mәnәvi, vәtәnpәrvәrlik tәrbiyәsinә yönәlmişdir. Tamaşaçıları Dağıstan Respublikası Müftisi Axmad Afandi adından Dağıstan müftiliyinin sәdri Maxammad Mayranov salamladı. Hәmçinin
Mahaçqala Yeparxiyasının Yeparxiya idarәsinin katibi rahib Siluan , Dağıstan Yәhudi Cәmiyyәtlәrinin Tәşkilatı Mәrkәzinin sәdri Valeriy Dibiyayev, Dağıstan Respublikası tәhsil vә elm nazirinin birinci müavini Maqomed Abidov, Rusiya qәhrәmanı Zaqid Zaqidov, Dağıstan Respublikası ictimai Palatasının üzvü Aliasxab Xarxaçayev vә digәrlәri iştirakçılara salamlarını çatdırdılar. Bağlanış günü proqramı çәrçivәsindә iştirakçılar baza әrazisindә agacәkmә kampaniyasında iştirak etdilәr. Sonra hәr bir iştirakçı öz istәklәri ilә çıxış edә bildi. Bu aksiya forum istifadәçilәrinin ildәn-ilә riayә etdiyi bir növ әnәnәdir. Bu sәfәr ağaclar birbaşa forumun әrazisinә әkildi.
Bundan әlavә son gün forumun әn yaxşı komandası vә forum haqqında mediada vә sosial şәbәkәlәrdә әn yaxşı nәşr müsabiqәsinin nәticәlәrinә yekun vuruldu. Qeyd edәk ki, hәmçinin terrorizmә qarşı mübarizә qanunvericiliyinin biliklәri üzrә keçirilәn olimpiadada iştirak edәnlәrdә qiymәtli hәdiyyәlәrә layiq görüldü.