Şəhərdə muzey

                                   

Mahaçqalada Qamzatov küçəsi Dağıstan təsviri- sənətinin reproduksiyaları ilə bəzədilmişdir.Dağıstanın paytaxtında “Şəhərdə muzey” sənət və təhsil sərgisi layihəsinə start verildi. Layihə bələdiyyə idarəsi, şəhər mədəniyyət şöbəsi,  Qamzatov adına DMİİ –nin iştirakı ilə  Mahaçqala muzeylər və reklam rəhbərliyi  və  Taxo Qodi adına DR NM təşkilatçılığı  sayəsində təşkil olunmuşdur..

 Rəsul Qamzatov küçəsindəki şəhər ekspozisiyasında ,stendlərdə respublika muzeylərinin fondlarında saxlanılan rəsm və qrafika əsərlərindən ibarət işlər  təqdim edildi.

Pandemiya səbəbindən sərginin rəsmi açılışı olmamışdı.Ekspozisiyanı şəhər bələdiyyəsi Salman Dadayev,DR Turizm və Xalq sənətləri Naziri vəzifəsini müvəqqəti icra edən Emin Merdanov və Mədəniyyət idarəsinin rəhbəri Farid Abalayev ziyarət etdilər.

İlk sərgi Q.Qaqarin, Q.Konopaskaya,T.Kaqirov,X.Musayev,Y.Lansere,E.Puterbrodavə başqa rəssamların əl işlərinin nümayişi ilə keçirilmişdir. Stendlərin altında yerləşən QR-kod bələdçi funksiyasını yerinə yetirərək  sərgini ziyarət edənlərə hər hansı bir əsər haqqında daha dolğun məlumat almaqda yardım edirdi.

Təşkilatçılar onu da  qeyd etdilər ki,  stendlərdə təqdim olunan işlər  gələcəkdə yeni, ölkəmiz,respublikamız, şəhərimiz  üçün əhəmiyyətli tarixə əsaslanan mövzular,janr  ilə və ya hansısa bir rəssamın yaradıcılığı barədə maraqlı mövzu ilə əvəz oluna bilər.

Təşkilatçılardan birinin dediyinə görə növbəti sərgi elə Mahaçqalanın  Şəhər  Gününə həsr ediləcək və sentyabr ayının 27-də baş tutacaq.

“Şəhərdə muzey” layihəsi hər mənada imic qurur.Onun təbliğ etmək,  təhsil vermək,qürur tərbiyə etmək kimi milli xəzinəmiz üçün  xüsusi  bir missiyası var.Bu cür təşəbbüslərin bir insana,müasir ,mədəni bir insana və bütövlükdə cəmiyyətə bir sərmayə olduğunu  anlamalıyıq.Sənət əsərlərini şəhər mənzərəsinə yerləşdirərək  əslində sənətkarlarla birlikdə Dağıstanın intellektual və mənəvi milli irsini təbliğ edirik və aktuallaşdırırıq”-deyə şəhər bələdiyyə başçısı Salman Dadayev qeyd etdi.

Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Farid Abalayevin dediyinə görə,gələcəkdə yeni ekspozisiyalar təşkil edilərkən şəhər əhalisinin  fikri də nəzərə alınacaq.

“Rəylərinizi gözləyirik.Bizi bilmək istəyirik ki, sizin üçün hansı rəssamların işləri daha maraqlıdır,  siz stendlərin üzərində rəsmin hansı istiqamətlərini görmək istərdiniz.Şəhər- bizim  doğma evimizdir və burada baş verən hər şey onun sakinləri ilə bir növ iş birliyində həyata keçirilməlidir.Şəhər rəhbərliyi hamımızın özünü  rahat hiss edə biləcəyi  bir mədəniyyət sahəsi yaratmaq istəyir”-deyə F.Abalayev xüsusi qeyd etdi.

Turizm və Xalq Sənətləri Naziri vəzifəsini müvəqqəti icra edən Emin Merdanov ,belə layihələrin  şəhərə turist ləri cəlb etmək baxımından da vacib məsələ olduğunu vurğuladı .

                                                                                                         N Rəhim qızı