S.Melikov limanla bağlı məsələyə aydınlıq gətirib

Dağıstan hökuməti Mahaçqala Dəniz Ticarət Limanının gələcək inkişafı üçün investorlara verilməsi məsələsi üzərində işləyir, lakin konkret investorların adını çəkmək hələ tezdir, Dağıstan Respublikasının başçısı Sergey Melikov Telegram kanalında yazıb.

O,limanın Kərimovun xeyrinə özəlləşdirilməsi versiyasını təkzib edib

Melikov yazır ki, “Səhər başlıqları gördüm ki, Dağıstanın Mahaçqala Dəniz Ticarət Limanını özəlləşdirməyi təklif edib. Bu, konkret investorun təklifi ilə ölkə rəhbərliyinə göndərilmiş müəyyən məktuba istinadən olub. Mən əvvəllər özəlləşdirmə ilə bağlı işlərdən danışmışdım, amma xəbər müəllifləri investorların adlarını çəkməklə tələsibilər”, — deyə Melikov yazıb və əlavə edib ki, o, bilmir ki, bu, arzudan yayındırmaq cəhdidir, yoxsa jurnalistlərin “köhnə” vərdişdən olan hər hansı investisiyanı Süleyman Abusaidoviçin (Kərimov. — “LG”) adı ilə əlaqələndirmək, yeri gəlmişkən,o respublika üçün inanılmaz miqdarda  işlər görür,bu,danılmaz bir həqiqətdir.

«Hələlik biz limanın inkişafına sərmayə qoya bilən özəl investorlara verilməsi məsələsi üzərində işləyirik», — Dağıstan rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Dağıstan hakimiyyəti «Rusiyanın yeganə buzsuz limanının böyük potensialını ortayaqoyacaq» etibarlı investorla işləməkdə maraqlıdır.

Sergey Melikov həmçinin xatırladıb ki, MahaçqalaDəniz Ticarət Limanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir, o, RusiyaFederasiyasının cənubunu Mərkəzi Asiya, Qafqaz, Hindistan və İran dövlətləri ilə birləşdirir və busəbəbdən onun imkanları artması prioritet məsələdir.

“Konkret qərarlar olanda mən onlar haqqında mütləq məlumat verəcəyəm”, — Sergey Melikov söz verib.