Hər li olduğu kimi ,payız fəslinin gəlişi ilə,yəni havaların soyumağa başlaması ilə istər uşaqlarda,ilstərsə də böyüklərdə bir çox xəstəliklərin, xüsusən də respirator xəstəliklərin baş qaldırması müşahidə olunur.Bu il, xüsusən, havaların kəskin dəyişməsi bu prosesi bir daha tezləşdirmişdir. Hazırki pandemiya şəraitini nəzərə alaraq və yeni KOVİD- 19 virusunun yayılması ilə əlaqədar olaraq əhaliyə xüsusi xəbərdarlıq etməyi özümüzə borc bilirik,çünki onsuz da bu çətin epidemioloji şəraiti bir az da çətinləşdirməmək üçün əhaliyə sağlamlıqlarının qeydinə qalmağı tövsiyə edirik. Dağıstan Respublikası Səhiyyə Naziri Tatyana Belyayeva Respublika ərazisində yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədaq operativ ştabın iclasında çıxış edərək:” ORVİ,qrip ,yeni koronavirus infeksiyası və əldə edilən sətəlcəm (внебольничная пневмония) baxımından respublikada epidemnoloji vəziyyət,xüsusən,koronavirus infeksiyası və əldə edilən sətəlcəmlə əlaqədar qeyri- sabit olaraq qalır. Respublikada son iki həftədə hər gün 100-120 laboratorıya testi ilə təsdiqlənmiş COVİD-19 infeksiyası hadisəsilə üzləşərək nisbi azalma müşahidə olunur.Buna baxmayaraq, hələ ki, əhəmiyyətli azalma nəzərə çarpmır.Bu günə olan məlumata görə, Dağıstanda 440 min insan peyvənd olunub. Ölkədə KOVİD-19 infeksiyasının əhəmiyyətli dərəcədə artması fonunda KOVİD-19 və qrip əleyhinə peyvənd bizə yardımçı ola bilər. Yazda qripdən aşılama(peyvəndləmə) bu infeksiyanın epidemioloji həddini aşmamağa kömək etdi.İndi uşaq poliklinikaları da daxil olmaqla bütün poliklinikalarda həm koronavirus infeksiyasına,həm də qripə qarşı peyvənd var.Qeyd etmək lazımdır ki,18 yaşdan yuxarı insanlarda qripə və COVİD-19 əleyhinə peyvəndlər arasında ən az 1 ay vaxt keçməlidir. Bu,həm qrip,həm də koronavirus infeksiyası nəticəsində yaranan ciddi fəsadların qarşısını almağın yeganə yoludur”-deyə bildirmişdir. İnsan ilk növbədə özü öz sağlamlığının qeydinə qalmalıdır,çünki həkimin dediyinə düzgün əməl etməyərək hər şeyi öz axarına buraxarıqsa burada günahkar yalnız özümüz olaruq,çünki hər bir kəsi şəxsən ayrı-ayrılıqda nəzarətdə saxlamaq həkimlər üçün mümkünsüzdür.Gəlin bir anlıq düşünək,həkimlərin tövsiyələrinə həmişəmi riayət edirik? Xeyr.Ona görədə, ən böyük məsuliyyəti özümüz daşıyırıq.Sadəcə, hər kəs özünə bu sualı versin-həkimin tövsiyə etdiyi istər qrip əleyhinə,istərsə də COVİD-19 qarşı peyvənd olunmaq üçün özümüz düşünərək bu addımı atmalıyıq,yoxsa həkimlər bizi buna məcburmu etməlidirlər?Məncə,sualın cavabından sağlamlığımızın bizim üçün nə dərəcədə önəmli olduğu da məlum olacaqdır.
Bir dərman istəsən dərdinə əgər, Gizlətmə dərdini,təbibə göstər. N.Gəncəvi N.Rəhim qızı