Şairlər qonaq gəlmişdi

Dərbənd həmişə, hər kəslə poeziya dilində danışıb. Bu qədim şəhər ta dövrü qədimdən aşığlar, ozanlar diyarı olub. Bu gün də, bu ənənə davam etməkdədir.

    Aprelin 29 da, hər zaman olduğu kimi Dəmirqapı  Dərbəndimizə şairlər  qonaq gəlmişdi. Dağıstanımıza təşlif buyuran, dəyərli qonaqları   Miyasət Şeyxovna Müslümova.

Qafqaz Yazıçılar Klubunun vitse-prezidenti, Rusiya Yazıçılar Birliyinin Dağıstan filialının sədri gətirmişdi. Bunlar «STiKhI» nəşriyyatının, beynəlxalq «Ədəbi kobok» mükafatının qurucuları, mədəniyyət adamları  Alla Nikolaevna Pospelova və Arseny Vitalievich Li idi. 

    Dərbənd şairləri, gələn qonağları çox gözəl və mehribanlığla qarşılayıblar.  Azərbaycan şairləri Zeynəb Dərbəndli, Təhmiraz Imamov. rusdilli şairlər  Elman Abbas, Natali Niyat. tat şairi Peysah Mişiyev. ləzgi şairləri Miyasət Muradxanova, Zeynəb Sultanəhmədova, Hacıağa Ərəblinski. Tabasaran şairi Elmira Aşurbəyova. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Diana Əliyeva. Qonaqları qarşılamaq üçün Dərbənd şəhər Mədəniyyət, Gənclər Siyasəti, İdman və Turizm şöbəsinin müdiri  Samilə Sirazcətdinovna Nəcəfova qonaqları, öz iş otağında ayarladı.

      Şairə Miyasət Müslümova Dərbəndin üç şairinin şeirləri yer alan «Porovoz» adlı almanaxı şairlərə təqdim etdi. Bunlar Zeynəb Derbendli, Fəxrətdin Oruc və Elmira Aşurbəyova idi.

    Həmkarlar hamı bir arada maraqlı bir söhbət oldu,  hər biri həm ana dilində, həm də rus dilinə tərcümə olunmuş  şeirlərini söylədilər.

    Bu almanaxda şeirləri yer alan şairlər, dəyərli şair və yazar Miyasət Şeyxovnaya, belə gözəl bir kitab üçün təşəkkür etdilər.

    Qonaqları, görüş bitdikdən sonra, Hacıağa Ərəblinskiy. Özünün yaratdığı, Dərbənd dəmiryol muzeyinə dəvət edib. Bütün şair və yazarlar, görüşün belə gözəl və yaddaqalan keçməsinə və şirniyatlı çay süfrəsinə görə, Dərbənd şəhər mədəniyyət idarəsinin bütün işçilərinə. Başda, dəyərli xanım  Samilə Nəcəfava olmaqla, təşəkkür etdilər.  Qonaqpərvər Dərbəndimizin, hər zaman qonağı bol olub.  Və qonağlarının üzünə, öz möhtəşəm qapılarını duzu çörəyi ilə açır. Deyirlər, qonağ Allah qonağıdır. Ulu babalarımızın belə bir deyimi var.  Qonağdan öncə, onun bərəkəti gələr. Bu Müqəddəs Ramazan ayında, hər kəsin evinə bol ruzu bərəkət arzulayıram.

M Seyidov.