Sankt-Peterburq şəhərinin Yersi icmasının qardaşTürkiyə xalqına yardımı

   Fevralın 6-da səhər tezdən qardaş və dost Türkiyədə baş verən faciəni bütün dünya ölkələri və xalqları kimirusiyalılar da ürək ağrısı ilə qarşıladı. Dəhşətli güclüzəlzələ faktiki olaraq bu ölkənin cənub-şərqində birsıra şəhərləri yerlə-yeksan edib. Bu gün bu çətin gündə Türkiyəyə rəğbət bəsləyən hər kəs ona kömək əlini uzadır, bu təbii fəlakətdən zərər çəkənlərə kömək etməyə çalışır.

   Sankt-Peterburqun Tabasaran rayonunun Yersikəndindən gələn mühacir icması da bu xeyirxah əməldən kənarda qala bilmədi. Uzun illər istedadlı ictimai fəal və vətənpərvər Sədulla CanbalayeviçHacıəhmədovun rəhbərlik etdiyi bu icma çətin vəziyyətə düşənlərə həmişə həmrəylik nümayişetdirərək yardımçı olmuş, öz doğma kəndində bir çoxlayihələrə xeyriyyəçilik etmişdir ki, bu barədə dəfələrləqəzetimizdə yazmışdıq. 

    Belə ki, bu gün Yersi camaatı yekdilliklə Türkiyənin bu soyuq qış fəslində faciə ilə üzləşən,çətin günlər yaşayan qardaş xalqın nümayəndələrinə yardım etməyi öhdəsinə götürüb. Sədulla Canbalayeviç təbii fəlakətdən zərər çəkənlərə göndərməkdən ötəri isti paltarların alınması üçün pul yığımı təşkil edib. Əhəmiyyətli məbləğ yığılıb, bunun üçün paltar, yorğan, isti papaq, və s. alınıb. Bütün bunları Sankt-Peterburq Azərbaycan icmasının sədr müaviniMaksimov Sabir Mirzəyeviç mütəşəkkil şəkildə toplayır. Sabah alınan və qablaşdırılan əşyalar Türkiyə Konsulluğunun nümayəndələrinə təhvil verilərək Türkiyə dövlətinin təbii fəlakət zonasındakı ünvanınagöndəriləcək.

   Dost dar gündə tanınar və biz əlimizdən gələni etməliyik.

                                                                                                                Q.Ömərov