Şeirə yazılan ürəklər

Dərbənd ta dövrü qədimdən öz şair və yazarlar, aşıqları ilə tanınıb. Qumri, Rəna Türksoy, Kərbəlayi Həvva Fazil Dərbəndi və bir çox daha əvvəlki əsirlərdə yazıb yaradan şairlər. Bir sözlə Dərbəndin, söz naxışını çəkən rəssamlarıyla öz yolunu davam edir. Belə ki, Bugün də Dərbənddə yazıb yaradanlar var. Onlardan Tahur Saleh, Təhmiraz İmanov, Fəxrəddin Oruc, Elman Abbas, Məmmədhəsən Bayatlı, Zeynəb Dərbəndli, Safiyat Calğanskaya və bir çoxları.

Bugün, Dərbənd şəhər yenilənmiş mərkəzi kitabçasında. Mən Zeynəb Dərbəndli və, gənc istedadlı şairə Safiyat Calğanskayanın görüşü keçirildi. Görüş çox möhtəşəm oldu, Çünki orada poeziyaya və sənətə dəyər verən insanlar var idi. Zeynəb Dərbəndli ürəyi sözlə, nəğmə ilə dolu, Safiyat Calğanskaya isə ürəyi sevgi ilə çağlayan bir şairidir.
Tədbirdə, Dərbənd şəhər Mədəniyyət, İdman, Gənclər Siyasəti və Turizm idarəsinin sədri Samilə Nəcəfova, öz çıxışında şairə Zeynəb Dərbəndlinin, hər tərəfli bir sənətkarın olduğunu vurğulayıb, «Zeynəb Dərbəndli, bugün hər kəsin baxıb örnək götürə biləcəyi bir sənətkardır. Mən ona sənətkar sözünü, söz xətrinə demədim.

Həm şairə, həm müğənni, həm aktrisa, eyni zaman da da jurnalis kimi fəaliyyət göstərməsi. Bu özü elə onun, çoxşaxəli istedadından və necə bir sənətkar olmağından irəli gəlir. Mən artıq Sağiyat Calğanskayanı çoxdan tanıyıram. Onun da, necə bir istedadlı olmağının şahidiyəm. İnanıram ki, gələcəkdə o daha böyük işlərə imza atacaq» deyə vurğulayıb. Tədbiri, Safiyat Zeynəb xanımın rus dilində «Göz bəbəyim Dağıstanım» şeiri ilə açıq elan edib.

Zeynəb xanım həmin mahnı ilə, tədbirin musiqili hissəsinə başlayıb. Və Zeynəb xanım, Safiyat xanımın sözlərinə, Elmir Mədətoğlunun bəstələdiyi «Xatirələr» mahnısını da ifa edib. Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət xadimi Yaqut Xandadaşeva, öz çıxışında, hər iki xanım şairəyə uğurlar arzulayıb. «Zeynəbi çoxdan tanıyıram, onun istedadına bələdəm.

O, gözəl şairə olmağla yanaşı, həm də gözəl dostdur. Onun gözəl yoldaşlığı var, qayğıkeş, mədəni, sözünün yerini bilən bir insandır. O artıq tət Dərbənddə, Dağıstanda deyil Azərbaycanda, Türkiyədə də tanınan və sevilən bir sənətkardır. Safiyat xanım da, gənc olmağına baxmayaraq. Yazdığı hər kəlməsi ilə, ürəklərə yol tapa bilən bir şairədir. Hər ikisinə, gələcək işlərində, uğurlar arzulayıram»deyib.Əməkdar artist Məhərrəm Ömərov, Zeynəb xanımın «Dərbənd» şeirini söyləyib, sonra isə Zeynəb xanımın sözlərinə, Bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Ulu Dərbəndim» mahnısı ilə təbrik edib. Əməkdar artist Rəhilə Ömərova, həm Zeynəb xanımın, həm də Safiyat xanımın şeirlərini söyləyib. Əməkdar artist Sevda Beybalayeva, öz çıxışında hər iki şairənin şeirlərini səsləndirib. Sonra Zeynəb xanımın, musiqisi Elmir Mədətoğluna aid olan «Cənnətdir Quba» mahnısını Aktrisa Sanvela Fətəliyeva, hər iki şairənin şeirlərini rus dilində səsləndirib.

Dərbənd respublika qəzetinin baş redaktoru Tərlan Ələkbərov və qəzetin məsul katibi Ayna Məmmədova hər iki şairənin təbrik edərək, onları və tədbirdə çıxış edən iştirakçıları, «Təşəkkürnamə»lərlə təltif ediblər. Tərlan Ələkpərov «Mən hər iki şairə xanımlarımıza böyük hörmətim var, Çünki onlar bizim söz xəzinəmizin. Zeynəb xanım, Mənim üçün bacım qədər doğmadır, mən onun sənətini ən yüksək zirvədə görürəm. Safiyat xanım, çox istedadlı və fəal xanımdır. Hər tədbirini, qəzet üçün özü təqdim edir. Hər iki şairə, bizimlə əməkdaşlıq edir.

Mən onlara həm təşəkkür edirəm, həm də onları ürəkdən təbrik edirəm» deyə öz çıxışında söyləyib.
Dərbənd şairləri Tahir Saleh, Elman Abbas, Peysax Mişiyev, Zeynab Sultanəhmədova, Məmmədhəsən Bayatlı, Hacıağa Arablinskiy. Onlarda, hər iki şairənin ürək sözləri ilə təbrik ediblər. Müəllimlər, Dərbənd şəhər 6 nömrəli İnternat məktəbinin ana dili müəllimi Əlibəyova Səmayə, 4 nömrəli məktəbin Ana dili müəllimi Səlimə İsayeva, 6 nömrəli məktəbin Ana dili müəllimi Nazilə Mirhəmidova. Onlar, hər iki şairənin bugün münasibəti ilə təbrik edibər. İllərlə Dərbənd rayonunun təhsil idarəsində, metodist vəzifəsində çalışan, hal-hazırda təqaüddə olan Gülşən Sultanıva da öz çıxışında, «Zeynəb xanımın adını eşitmişdim, amma özünü görməmişdim. Onunla bu yaxınlarda, yaxından tanış oldum. Bu müddət ərzində də, onun səsinə, sənətinə vuruldum. İsdedad öyrənmir, isdedad doğulur. Zeynəb də, beşiyindən mahnısı, şeiri ilə aramıza gəldi. Safiyat qızımızı da, Elə burada gördüm və sevdim. Hər iki istedadlı və gözəl qızımıza, ilk öncə can sağlığı, uğurlar və yaradıcılıq zirvələri arzulayıram. Oxucular, Aleksandra Lebedinskaya, Leyla Abdurəhimova, Vüsalə Quliyeva, Albina Məhrəmova da, hər iki şairin şeirlərini səsləndiriblər. Tədbiri kitabxananın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Diana Əliyeva açıb. Qonağları salamladıqdan sonra, öz çıxışında «Zeynəb Dərbəndli, bizim Dərbəndimizin baş ucalığını. Zeynəb xanım, bizim tədbirlərimizi yaraşığıdır. Heç bir tədbiri, biz onsuz təsəvvür belə etmirik. Fitri istedadı nazik, məlahətli səsi, yazdığı şeirləri ilə, hər kəs tərəfdən sevilir. Onun 100 dən çox şeirinə, Azərbaycanlı bəstəkar mahnı bəstələyib. Onun adı, Azərbaycan Telekanallarında çəkilir.

 

Həm Dağıstan, Dərbənddə, həm də Azərbaycanda onun mahnılarını tanınmış müğənnilə ifa edir. Bu isə bizim üçün, ən böyük uğurdur. Safiyat qızımız da, fitri istedadı malik bir yazardım. Onun yaratdığı «21-ci ƏSR» klubu, bugün onun necə bir parlaq gələcəyi olacağından xəbər verir. Həm aktivdir, həm gözəl yazır. Əsas odur ki, oxucuları bir araya gətirə bilir. Hər iki əziz xanımlarımızı təbrik edirəm. Onlara, gələcək işlərində, daga böyük yaradıcılıq uğurları arzulayıram» deyə vurğulayıb. Tədbirdə, hər zaman şair və sənətçilərin yanında olan gözəl ürəkli xanım Gülləri Mirzebalayeva da iştirak edib.

O, «Hər iki qızımız mənim üçün doğmadır, hər ikisi ilə yağışlı gündə yaxından tanış oldum. Zeynəbi ikl tanıdığıma, Onu qəmgin və küsgün bir şairə kimi tanıdım, amma sonralar onun yaxından tanıdığca, necə bir gözəl ürək sahibi və qızıl səsli bir bülbül olduğunu gördüm. Gördükcə də, daha çox sevdim. Dərbəndi boynuna boyunbağı edib, qoluna bazubənd edən Zeynəbin Dərbəndi, bugün dünyanın gözü oldu. Zeynəbin şeirindəki öz Dərbəndi, onun yolçusunun gözü ilə ta qədimdən gəlib. Zeynəb başımızın, hələ nə qədər yüksək zərbələri fət edə biləcəyinə gözü yumulu inanıram. Safiyat balamız da, çox istedadlıdır.

Onun yazdığı şeirlər də, adamın ürəyinin dərinliklərinə qədər gedib çatır. Onun yaratdığı klub da, onun gələcəyinin daha parlaq olacağına sübutdur. Hər iki qızımıa ürəkdən, daima uca sənət zirvələri arzulayıram»- deyə söyləyib.
Sonda, hər iki şairə ürək sözlərini deyib. Zeynəb Dərbəndli «Məm bugün, Zeynəb Dərbəndli olaraq tanınmasına, Bəstəkar Elmir Mədətoğluna təşəkkür edirəm. Əlimdən tutaraq, məni ta Türkiyəyə kimi aparan. Mənim 100-dən çox şeirimi musiqi bəstələyən, tanınmış sənətkarlarla məni yaxından tanış edən sənətkara ürəkdən təşəkkür edirəm. Mənə ana qayğısı göstərən, hər an yanımda olan. Mənə poeziyanın dərinliklərinə əlimdən tutub aparan. Hər kəlməsi mənim üçün bir məktəb olan, ustadım Nəcibə İlkinə təşəkkür edirəm.

Mənə hər zaman dəstəy olan Diana xanıma və bütün kitabxana işçilərinə, Samilə xanıma. Öz doğma Azərbaycan Dövlət Dram teatr kollektivimizə, Dərbənd qəzetinin kollektivinə, başda Ayna bacım olmaqla. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm»-deyə minnətdarlıq edib. Safiyat Calğanskaya «Mən də həm tədbir iştirakçılarına, həm 21-ci ƏSR» ədəbi klubun üzvlərinə, Bizə dəstəy olan hər kəsə təşəkkür edirəm. Oxucularımız varsa, biz də varıq. Hər birimizə uğurlar arzulayıram»-deyə, öz çıxışında söyləyib. Bu musiqili və möhtəşəm tədbiri, dəyirmi stolda, çay süfrəsi ilə davam etdi. Tədbir, Zeynəb xanımın sözlərinə, Elmir Mədətoğlunun bəstələdiyi «Dağıstan Azərbaycan» mahnısını ilə yekunlaşıb.

Zeynəb Dərbəndli

Dağıstan Azərbaycan

Yaşıldır çöl çəmənim,
Göz bəbəyimdir mənim.
İki doəma vətənim,
Dağıstan Azərbaycan.

Tarixi, dastanı bir,
Böyük bir əfsanədir.
Mənimçün bərabərdir,
Dağıstan Azərbaycan.

Havası dərmanımdır,
Damarımda qanımdır.
Ürəyimdir canımdır,
Dağıstan Azərbaycan.

Eynidir qış baharı,
Qaynayır bulaqları.
Soyumun yadigarı,
Dağıstan Azərbaycan.

Keçmişdən şanlı izi,
Coşur qardaş dənizi.
Samur ayırdı sizi,
Dağıstan Azərbaycan.

Bir yurdsuz doğma əziz,
Havası suyu təmiz.
Zeynəbin fəxrisiniz,
Dağıstan Azərbaycan.

Safiyat Calğanskaya

Tənhayam

Sənsiz bircə gün də dözülməz olur,
Mən heç, özümə yer tapa bilmirəm.
Axı dağlar boyda, dərd nəyə lazım,
Mənasız dərdlərə, çox üzülürəm.

Bütün acılara səbrlə düzəldim,
Təkcə həmişəlik, ayrılığa yox.
Biz necə ayrıldıq, mən anlamadım,
Sanki ürəyimə, sancılıb bir ox.
Artıq aramızda, eşq odu yoxdur,
Həsrətdən ürəyim donur, üşüyür.
Əyər istəsəydim, bunlar olmazdı,
Ayrılıq həsrəti, qəlbimi uyur.

Bir kəlmə demədən, sağollaşdı,
Ehh öz əllərinlə qapımı bağlayın.
Sən verdiyin, o yalan vədlərinə,
Gülə-güə, ürəyimi dağların.

Sızır pəncərəmdən, payız yağışı,
Ürəyim tək, tənha döyünür yenə.
Bilirəm ki, sənsə tək xilaskarım,
Baxıram qapıya, mən dönə-dönə.
Ayna Məmmədova