Cənubi Dağıstana işgüzar səfəri zamanı Dağıstan Resublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Məlikov Dagestanskiye Ogni şəhərində yerləşən Rusiyanın ən qədim şüşə sənayesi müəssisəsi olan «Dagestan Steklo Tara» müəssisəsində olmuşdur. Bu müəssisə əvvəldən düz şüşə istehsalına yönəldilmişdir. 1970-ci illərdə zavod şüşə qabların istehsalına yiyələnmiş və SSRİ-nin şüşə sənayesinin flaqmanı olmuşdur.
Hazırda müəssisə konserv şüşə qabları, şüşə butulkalar və qida məhsulları üçün bankalar istehsalı üzrə ixtisaslaşmışdır. Bu barədə Dağıstan rəhbərinə zavoda baxılma zamanı bildirilib.
Müəssisənin təsisçisi Pataxudin Məhəmmədovun dediyinə görə, buranın əlverişli coğrafi vəziyyəti, inkişaf etmiş logistik sistemin olması Rusiyanın cənubunda şüşə qabların əsas tədarükçüsü olmağımız üçün ilkin şərait yaradır. Həm Rusiyada, həm də xaricdə konservləşdirilmiş qida istehsalçıları ilə əlaqələr yaxşılaşır. Qonşu Azərbaycan qida və konserv sənayesi üçün çox miqdarda şüşə qab alır.
Gələcək planlara Çex şirkəti olan Sklostroj ilə birlikdə istehsalın modernləşdirilməsi daxildir. Rəngli şüşə qabların istehsalı üçün enerjiyə qənaət edən yeni sobalar və xətlərin inşası planlaşdırılır.
Müəssisə ilə tanışlığını başa vuran Sergey Məlikov icra və bələdiyyə orqanları rəhbərlərinin və investorların iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə bölgə başçısı bir sıra obyektlərdə olması ilə bağlı təəssüratları ilə bölüşmüşdür.
“Dağıstanskiye oqni» qabaqcıl sosial-iqtisadi inkişaf ərazisinin fəaliyyətindən danışan bölgə rəhbəri aidiyyəti qurumların rəhbərlərini qabaqcıl sosial-iqtisadi inkişaf ərazisi, aqroparklar və sənaye parklarının işinə yanaşmaları dəyişməyə çağırmışdır. Məsələn, bölgə rəhbəri hesab edir ki, burada üzüm bağlarının inkişafı və şirə istehsalının təşkil edilməsi də daxil olmaqla kənd təsərrüfatına xüsusi əhəmiyyət vermək mümkündür.
Dərbənd rayonuna gəldikdə, bölgə rəhbərinin sözlərinə görə, əsas problem infrastrukturla bağlıdır. İnfrastrukturanın yaradılmasının vacibliyini vurğulayan bölgə başçısı Dağıstanın sosial-iqtisadi inkişafı strategiyasını hazırlayarkən bu məsələni nəzərə almağı tapşırdı.
Torpaq məsələsi də prioritet məsələlərdən biri olaraq qalır, çünki sahildəki sahələr də daxil olmaqla bir çox sahəni turizm klasterinin inkişafı üçün istifadə etmək mümkün deyildir.
Məlikovun qeyd etdiyi başqa bir istiqamət kənd yaşayış məntəqələrinin inkişafı olmuşdur. Respublika başçısı bir neçə yaşayış məntəqəsinin birləşdirilməsinə və orada bir çox sosial məsələlərin səmərəli həllinə imkan verəcək inzibati islahat barədə düşünməyi təklif etmişdir. Məmmədqala qəsəbəsini əsas götürərək Dərbənd rayonunda üzümçülüyün inkişafına toxunaraq, Dağıstan Respublikası başçısı vəzifəsini icra edən S.Məlikov Dağıstan Üzümçülük və Üzüm Emalı Məhsulları Tədqiqat İnstitutunun bərpası üçün təkliflər hazırlamağı tapşırmışdır.
Dağıstanskiye oqni şəhərindəki vəziyyətə keçərək, Sergey Məlikov buradakı problemlərin əsasən infrastrukturla bağlı olduğunu qeyd etmişdir. Bölgə rəhbərinin sözlərinə görə, torpaq münasibətləri, su, işıq, qazla bağlı məsələlərdə hər yerdə çətinliklərə rast gəlmək olur. Onların həlli barədə danışan Məlikov, respublikada sistemli işlərə ehtiyac olduğunu bildirmişdir. Bölgə başçısı həmçinin böyük investorların cəlb edilməsinin vacibliyini qeyd etmişdir.
Sergey Məlikov, digər məsələlərlə yanaşı, «Aqrar Kolleci» ilə bağlı sahəni inkişaf etdirilməsini tapşırmışdır. Bölgə rəhbəri onun prestij və səviyyəsini yüksəltməyin lazım olduğunu söyləmişdir.
Dərbənd rayonu və Dagestanskie Ogni şəhərinin rəhbərlərinə müraciət edərək, vəzifələrini keçən ilin sonundan icra etdiklərini və indi onlara həvalə edilmiş ərazilərdəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanlarına sahib olduqlarını bildirmişdir. “Xalqla işləyin. Buradakı insanlar çox yaxşıdırlar, onlarla ortaq bir dil tapmalısınız və bunun üçün sağlam ictimai təşkilatlar yaratmalısınız”,- deyə bölgə rəhbəri vurğuladı və əlavə etdi ki, deputat korpusu da bu işdə fəal iştirak etməlidir.